İnsan kosmosda məskunlaşa bilərmi? - Yeni elmi nəzəriyyə
İnsanlar dərin kosmosda uzun müddət yaşaya bilərmi? Bu sualın cavabı yeni ekoloji nəzəriyyədə öz əksini tapıb. Bunun üçün cazibə qüvvəsi və oksigeni qorumaq, su əldə etmək, kənd təsərrüfatını inkişaf etdirmək və Yerdən uzaqda tullantıları təkrar amal etmək tələb olunur.
"Bütün dünya limiti" mənasını verən “Pankosmorio” adlanan nəzəriyyə “Frontiers in Astronomy and Space Sciences” jurnalında dərc olunmuş məqalədə yer alıb. Nəzəriyyənin həmmüəllifi Kornel Universitetinin İnteqrativ Bitki Elmləri Məktəbinin professoru Johannes Lehmann bildirib ki, insanların özlərini və bütün texnologiyalarını, infrastrukturlarını və cəmiyyətlərini kosmosda təmin etmək üçün Yerə bənzər planetə, təbii ekosistemə ehtiyacları var. Əsas amillər Yerin cazibə qüvvəsi və müxtəlif cazibə şəraitində torpağın üzvi karbon davamlılığı hesab olunur. Bu cür sistemlər olmadan, insan oğlunun kosmosda uzun müddət yaşaması mümkün deyil.
Tədqiqatda qeyd olunub ki, Yerdəki həyatın təmin edilməsi üçün lazım olan başlıca amil cazibə qüvvəsidir. Qravitasiya canlının bədənindəki maye təzyiqində həyat formasının avtonom funksiyalarının uyğunlaşdığı bir qradiyent yaradır. Onun balansının pozulması prosesi Yer orbitində insanların görmə qabiliyyətinə mənfi təsir edir, çünki onlar təzyiq qradiyenti yaratmaq üçün lazım olan çəkiyə malik deyillər.
Johannes Lehmann əlavə edib ki, kosmosda tənzimləmə qurmaq üçün milyardlarla dollar xərcləmək indiki şəraitdə ağılsızlıq olardı, çünki bütün digər sistemlər mövcud olsa belə, sizə cazibə qüvvəsi lazımdır. İnsanlar və bütün Yer həyatı 1G cazibə qüvvəsi kontekstində inkişaf edib. "Bədənlərimiz, təbii ekosistemlərimiz, bütün enerji hərəkətləri və enerjidən istifadə üsulumuz əsas etibarilə 1G cazibə qüvvəsinin mövcudluğuna əsaslanır. Kosmosda 1G cazibə qüvvəsinin olduğu heç bir başqa yer yoxdur. Günəş sistemində bu, yalnız Yer kürəsində mövcuddur. Həll etməli olduğumuz ilk problemlərdən biri məhz qravitasiyadır", -deyə professor vurğulayıb.
Alim qeyd edib ki, digər əsas amil oksigendir. O əlavə edib: “Yerin ekosistemi insanlar və digər həyat formaları üçün oksigen yaradır. Məsələn, texnoloji cəhətdən inkişaf etmiş bir ilkin və ehtiyat sistem Ayın bazasını oksigenlə təmin edə bilməsəydi, bu, astronavtların ani məhvi demək olardı. Yerin təbiətinə baxsaq, oksigen yaradan yüz minlərlə bitki növü görə bilərik. Bu, həqiqətən davamlı olmaq üçün təkrarlamalı olduğumuz sistem ehtiyatıdır."
Ən böyük problem ondan ibarətdir ki, başqa planetdə belə bir ekoloji sistemi yaratmaq üçün günəşdən çox böyük miqdarda enerji tələb olunur. Öz Günəş sistemimizdən daha uzaq olan planetlər isə daha az enerji alır. Alim sonda vurğulayıb: "Kosmosda daimi məskunlaşmaq üçün bizə çox enerji lazım olacaq. Əks halda, başqa planetdə ekoloji sistemi gücləndirmək avtomobilinizi cib telefonunun akkumulyatoru ilə idarə etməyə çalışmaq və ya daha da pisi, bütün evinizi və ev təsərrüfatınızı mobil telefon batareyası ilə idarə etməyə cəhd göstərmək kimi olacaq".
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay