Azərbaycanlı tələbə dünyaca məşhur əməliyyat sistemində iki kritik xəta aşkarladı
BANM-in təhsilini ABŞ-də davam etdirən məzunu dünyaca məşhur “Linux” əməliyyat sistemində iki kritik xəta aşkarlayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Azərbaycan universitetləri "Facebook" səhifəsi məlumat yayıb.
Bildirilib ki, Bakı Ali Neft Məktəbindən 2022-ci ildə məzun olmuş və hazırda Mərkəzi Florida Universitetində Kibertəhlükəsizlik üzrə doktorantura təhsili alan Sənan Həsənov cəmi beş ay ərzində yazdığı proqram vasitəsilə “Linux” əməliyyat sistemində iki kritik boşluq tapıb.
Mərkəzi Florida Universitetinin rəhbərliyi, kibertəhlükəsizlik laboratoriyası və “Linux” proqramçıları təşəkkür və təbriklərini Sənan Həsənova çatdırıblar.
Qeyd edək ki, Sənan Həsənov Bakı Ali Neft Məktəbinin “proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasından illik 100 000 dollardan çox təqaüdlə birbaşa Mərkəzi Florida Universitetinin doktorantura pilləsinə qəbul almışdı.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay