Texno
22.01.2023 / 12:33
“WhatsApp”ın yeni funksiyası: Bundan sonra...
26330
"WhatsApp” mesencerində artıq özünüzə mesaj göndərə biləcəksiniz.
Bu barədə proqramın "AppStore”da ən son versiyasının təsvirində məlumat verilir.
Yenilənmədən artıq əksər istifadəçilərin istifadə etməsi mümkündür. Sadəcə yeni çat yaratmaq və kontakt siyahısında özünüzü seçmək lazımdır. Özünüzə mətn mesajları, link keçidləri və ya fotoşəkillər göndərə bilərsiniz.
Funksiya rəqəmsal bloknot və ya vacib məlumatların arxivi kimi faydalı ola bilər. Funksiya "WhatsApp”da davamlı yazışanlar və qeydlər üçün ayrıca proqramdan istifadə etməyənlər üçün daha əlverişli olacaq.
Özünüzə mesaj göndərmək imkanı artıq həm şəxsi, həm də korporativ mesajlaşmaların əksəriyyətində mövcuddur.//oxu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay