BAKU Azərbaycan
9.03°C
  • USD
    1.7
  • EUR
    1.7609
  • RUB
    1.6425
  • TRY
    0.0483
  • GBP
    2.1219
25039

Gündəlik həyatda messencerdən istifadənin rahatlığı birbaşa olaraq hər bir konkret tətbiqin təhlükəsizlik sistemindən asılıdır.

Bu barədə Rəqəmsal İqtisadiyyat Liqasının informasiya təhlükəsizliyi üzrə eksperti Andrey Slobodçikov bildirib.

Onun sözlərinə görə ən təhlükəsiz, lakin istifadəçilərə görə çox da rahat olmayan messencerlər “Signal”, “Threema”, “Wickr Me”dir.

“Bununla belə, hətta ən təhlükəsiz messencerlərdə də sızmalar olur”, - deyə o bildirib və misal olaraq cari ilin avqustunda baş vermiş vəziyyəti göstərib. Həmin vaxt “Signal” messencerinə xidmət göstərən şirkətin sındırılması nəticəsində təxminən iki min nömrə və təsdiqləmə kodları sızdırılmışdı.

Mütəxəssis təhlükəsizlik sisteminə görə ən etibarlı messencerin “Viber” olduğunu bildirib.

“İstifadəçilər arasında ən populyar messencerləri nəzərə alsaq, “Viber” və “Telegram” təhlükəsizlik və rahatlıq nisbəti baxımından layiqli səviyyəyə çatır. “Viber” bütün yazışmalarda “başdan-sona” (“end-to-end”) şifrələmə funksiyasını və məlumatı şirkətin serverlərinə ötürmədən kontakt əlavə etmək imkanı vasitəsilə təhlükəsizliyi təmin edir. “Telegram” özünəməxsus “MTProto” protokolunu tətbiq edir, ancaq “başdan-sona” şifrələmə üsulu yalnız məxfi çatlar üçün mövcuddur”, - deyə ekspert bildirib.

O əlavə edib ki, “Viber” metaməlumatların qismən şifrələnməsini təmin edir (“WhatsApp” və “Telegram”da bu, təmin edilmir).

“Digər tərəfdən, “Viber” yuxarıda qeyd olunan messencerlərdən əhəmiyyətli dərəcədə daha çox metaməlumatlar toplayır”, - deyə Slobodçikov sözlərini yekunlaşdırıb.

Qeyd edək ki, bundan əvvəl Slobodçikov “WhatsApp”ı çoxlu sayda kritik boşluqlarına görə ən təhlükəli messencer adlandırmışdı.//oxu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bu sahədə işləyənlər daha çox əmək haqqı alır - SİYAHI

Ötən ay xaricdən 5 milyon dollarlıq düyü alınıb

Tarixdə iz buraxmış maliyyə “oyunları” - Fırıldaqların fəsadları

Əhalinin bir nəfəri ayda 480 manat pul xərcləyir

Sürücülük vəsiqəsinin müddəti hərbi xidmətə getməyə təsir edirmi? - RƏSMİ AÇIQLAMA

Bu hallarda əməkhaqqından tutulmalar ola bilər

2024-cü ilin ən pis aviaşirkətləri açıqlandı

Ölkəyə gətirilən maşınlar aksizdən azad oluna bilər? - Alıcıları çətinliyə salan məsələ

İşçilərə bu hallarda fasilələr verilir

Metallurgiya sənayesində 1,2 milyard manatlıq məhsul istehsal edilib

Rusiyada ən çox maaş alan miqrantlar

Sosial yardımı hansı müddətə ala bilərsiniz? - CAVAB

"Palantir" 2025-ci ilin ən yaxşı süni intellekt (AI) səhmi ola bilərmi?

Türkiyədən geyim alışında 15 milyon dollardan çox azalma

Ticarətin qaydaları - Qanun nə deyir?

Sələmi xatırladan kreditlərə son - "Kredit sisteminə nizam-intizam gələcək"

Bu il 284 min ton şəkər istehsal edilib - Rəqəmlərdə azalma

Bu il 284 min ton şəkər istehsal edilib - Rəqəmlərdə azalma

Dünyanın ən populyar 5 kitabı

11 ayda dərmana 1,1 milyard manat xərclənib

Farş adı ilə hansı növ ətləri yeyirik? - Adı ət olsa da...

İran pulunu dəyişir

Azərbaycanla İran arasında ticarət dövriyyəsi artıb

"Allah canınızı sağ eləsin. Mənə suallar verməyin" - Zaur Hüseynov

Azərbaycanda cəzaçəkmə müəssisələrində ali təhsil veriləcək

ABŞ-da birjalar Milad və Yeni il günlərində açıq olacaqmı?

ABŞ-da birjalar Milad və Yeni il günlərində açıq olacaqmı?

Baffetdən fürsət alımları: 3 gündə 3 şirkətin 560 milyonluq səhmini aldı

Bu gün meşə fondu torpaqlarında 35 mindən çox ağac əkilib

XRP 2025-ci ildə tarix yazacaq - Bitstamp

Bu rayona yeni polis rəisi təyin olundu

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin