Azərbaycanda internet istifadəçilərinə vacib xəbər
“Azərbaycanda internet istifadəçiləri köhnə tariflərlə müqayisədə hər mbit/s sürət üçün 2 dəfə az (-60%) ödəniş edirlər”.
Bu sözləri BAKU.WS-ə açıqlamasında “Aztelekom” MMC-nin mətbuat katibi Alidə Mustafayeva deyib.
O, vətəndaşların son vaxtlar internetin sürətindən narazılıq etmələri, “Qiymət qalxsa da, sürət artamdı” kimi söyləntilərinə cavab olaraq bildirir ki, istehlakçıların yüksək internet sürətinə artan tələbatı və texnoloji tələblər nəzərə alınaraq “Aztelekom” MMC və “Baktelekom” MMC 4 mbit/s və 10 mbit/s tariflərini ləğv edərək abunəçilərin daha sürətli internetə keçidini təmin edib:
“Bu məqsədlə GPON (Gigabit Passive Optical Network) 4 mbit/s və 10 mbit/s tariflərinin istifadəçiləri 6 avqust 2022-ci il tarixindən müvafiq olaraq 15 mbit/s və 30 mbit/s tarif paketinə köçürülüb. Bu dəyişikliklə aşağı sürət tarifləri ləğv edilərək daha yüksək sürətə keçid təmin olunub ki, bu da qısa yükləmə müddətinə, həmçinin yüksək internet sürəti tələb edən onlayn xidmət və platformalardan yararlanmağa imkan verir. Qiymət dəyişikliyinə gəlincə, xidmət istifadəçiləri 3 qat sürət tariflərinə keçirilib və köhnə tariflərlə müqayisədə hər mbit/s sürət üçün 2 dəfə az (-60%) ödəniş edirlər”.
Qurum rəsmisi onu da vurğuladı kİ, “Aztelekom” MMC və “Bakı Telefon Rabitəsi” MMC üzrə tarif dəyişikliyi bu il bir dəfə – 6 avqust 2022-ci il tarixində baş verib:
“Aztelekom” MMC-yə (Bakı Telefon Rabitəsi MMC) internetin sürətinin azalması ilə bağlı kütləvi müraciət daxil olmayıb. Əgər fərdi halda hər hansı nasazlıq baş verərsə, “Aztelekom” MMC abunəçilərindən 170, “Bakı Telefon Rabitəsi” MMC abunəçilərindən isə 155 Çağrı mərkəzinə müraciət etmələrini xahiş edirik. Hər bir müraciət ən qısa zamanda araşdırılacaq və yaranmış problem aradan qaldırılacaq.
“Bakı Telefon Rabitəsi” MMC və “Aztelekom” MMC ölkə ərazisində dövlət və idarəetmə orqanlarına, idarə, müəssisə və təşkilatlara, xarici hüquqi şəxslərə, onların nümayəndəliklərinə və əhaliyə müasir simli və simsiz texnologiyalar vasitəsilə stasionar telefon, genişzolaqlı internet, rəqəmsal TV və bir sıra digər telekommunikasiya, multimedia xidmətləri göstərir. Belə ki, yalnız internet xidməti deyil, həmçinin internet xidmətinin telefoniya və digər əlavə xidmətlərlə birləşdirilməsi əsasında müxtəlif tarif paketləri təqdim edilir”.
Abunəçilərə təklif olunan bir neçə tarif paketində onlar özləri sürəti seçmə haqqına sahibdirlər. Burada da qiymət tarifə müvafiq olaraq dəyişir. Bu, beynəlxalq təcrübə ilə eynilik təşkil edir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay