Dünyanın ən böyük kriptovalyuta birjası ilə bağlı təhqiqata başlanıldı
Hazırda oxunan: Dünyanın ən böyük kriptovalyuta birjası ilə bağlı təhqiqata başlanıldı
ABŞ Ədliyyə Departamenti və Daxili Gəlirlər Xidməti (IRS) dünyanın ən böyük kriptovalyuta birjalarından olan “Binance Holdings” barəsində birgə təhqiqata başlayıb.
Bizim.Media “Bloomberg”-ə istinadən xəbər verir ki, təhqiqatda çirkli pulların yuyulması və vergidən yayınma məsələlərinə diqqət yetirildiyi bildirilir.
ABŞ hökuməti kriptovalyutaların bəzi qanunsuz maliyyə əməliyyatlarında və vəsait köçürmələrində istifadə olunmasından şübhələnir.
Rəsmi təhqiqatla bağlı xəbərlər çıxandan sonra “Binance”-ın səhmləri birdən-birə 9 faiz ucuzlaşıb.
Daha 30 müəssisədən Rusiyaya pomidor ixracına icazə verildi
Hazırda oxunan: Daha 30 müəssisədən Rusiyaya pomidor ixracına icazə verildi
Rusiya Azərbaycanın daha 30 müəssisəsindən ölkəyə pomidor idxalına icazə verib.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) məlumat yayıb.
Bildirilib ki, 14 may tarixindən Azərbaycanın 30 müəssisəsindən ölkəyə pomidor idxalına icazə verilib.
Qurum məlum qərarın birgə videoyoxlama zamanı seçilmiş məhsul nümunələrinin karantin fitosanitar müayinəsinin nəticələrinə əsasən, habelə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin zəmanəti altında verildiyini açıqlayıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay