Texno
14.04.2021 / 09:16
"Huawei" şirkəti Türkiyədə yeni fabriklər açacaq
10738
“Huawei” şirkətinin Türkiyədəki nümayəndəsi Ying Li şirkətin gələcək planları barəsində açıqlama verib. O, önümüzdəki aylarda yeni zavod və fabriklərin açılmasından söhbət açıb.
Valyuta.Az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, şirkətin rəsmisi deyib: “Türkiyə bizim üçün mühüm sərmayə məkanıdır və birlikdə çox işlər görəcəyik”.
O həmçinin bildirib ki, şirkət 2020-ci ildə ciddi iqtisadi çətinliklərə baxmayaraq, Türkiyədə olan fəaliyyətində daha çox irəliləyiş göstərib və 136 milyard dollarlıq illik gəlirin 8 %-ə qədərini məhz bu ölkədən edilən satışlar hesabına əldə edib.
Qeyd edək ki, ötən ay Çinin “Xiaomi” şirkəti İstanbulda 3 min nəfərlik yeni zavodunun açılışını etmişdi.
Kamran Xəlilov
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay