Tenderlər
16.02.2021 / 16:38
“AzərEnerji” yarım milyon manata 2 avtomobil aldı
7656
“AzərEnerji” ASC “Marketinq və Servis Müəssisəsi” MMC ilə müqavilə bağlayıb.
Valyuta.Az xəbər verir ki, müqavilədə 2 ədəd 28 m və 32 m hündürlüyə qaldırıcı açıq kabini olan yeni yük avtomobilinin satın alınması nəzərdə tutulur.
Müqavilənin ümumi məbləği isə 480 000 manatdır.
Qeyd edək ki, “Marketinq və Servis Müəssisəsi” MMC 2011-ci ildə dövlət qeydiyyatına alınıb. Bu şirkətin nizamnamə kapitalı 10 000 manatdır və qanuni təmsilçisi Fikrət Səlimovdur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay