Tenderlər
14.01.2025 / 12:56
Gəncədə Ekoloji Park Kompleksində abadlıq işlərinə 6,2 milyon ayrıldı
63107
Gəncə şəhər Mənzil Komunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən keçirilən tender müsabiqəsinə yekun vurulub.
Valyuta.az xəbər verir ki, tender Gəncə şəhəri, Əli Məmmədov küçəsində Ekoloji Park Kompleksinin və onun ətrafında abadlıq işlərinin davam etdirilməsi ilə bağlıdır. Tenderin qalibi “Gəncə Körpü Tikinti-2” ASC olub. Tərəflər arasında imzalanan satınalma müqaviləsinin dəyəri 6 milyon 189 min 463 manat təşkil edib.
Qeyd edək ki, 2007-ci ildə yaradılan ASC-nin qanuni təmsilçisi Zeynallı Məhərrəm Aslan oğlu, nizamnamə kapitalı 143 min 104 manatdır.
Əvəz Həsənov
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay