BAKU Azərbaycan
9.03°C
  • USD
    1.7
  • EUR
    1.7677
  • RUB
    1.6998
  • TRY
    0.0482
  • GBP
    2.1315
62199

İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) keçirditi növbəti tender müsabiqəsinə yekun vurulub.

Valyuta.az xəbər verir ki, tender satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmi üzrə yaşayış sahələrinin satın alınması ilə bağlı idi. Tenderin qalibi “City Construction Group” MMC olub. Tərəflər arasında imzalanacaq satınalma müqaviləsinin dəyəri 121 milyon 880 min manat təşkil edir.

Fondun yaşayış sahəsinə dair tələblərinə əsasən, təqdim ediləcək yaşayış sahələri eyni binada (və ya bina kompleksində) yerləşməlidir, fərqli bina (və ya bina komplekslərində) yerləşən yaşayış sahələrinin təqdim edilməsinə yol verilmir.

Satın alınan yaşayış sahələri 1, 2, 3 və ya 4 otaqlı olmalıdır. Yaşayış sahələri binada (və ya bina kompleksində) yerləşən mənzillər olmalıdır. Bina satmaq öhdəliyi ilə kirayəyə vermək məqsədilə satın alınacaq yaşayış sahələrinin yerləşdiyi çoxmənzilli yaşayış binası olmalıdır. Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq 2013-cü il 1 yanvar tarixindən sonra inşa edilməlidir.

Binada (və ya bina kompleksində) sakinlər üçün avtodayanacaq mövcud olmalıdır. Binaya təhlükəsiz və rahat giriş-çıxış təmin edilməlidir. Binada təsərrüfat-içməli və isti su təchizatı, kanalizasiya, isitmə, elektrik təchizatı, qaz təchizatı, telefonlaşdırma, televiziya antenləri nəzərdə tutulmalıdır. 

Binada sakinlər üçün həyətyanı sahə, uşaqlar üçün oyun yeri nəzərdə tutulmalı, o cümlədən yaşıllaşdırma və abadlıq işləri görülməlidir. 

Əvəz Həsənov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Gömrük qaydalarını pozan şirkət cərimələndi

Pul bazarlarına yeni vəsait axını: İki həftənin ən böyük artımı - "Reuters"

2024-cü ildə yüksəlişləri ilə diqqət çəkən 10 kriptovalyuta

Şuşa Şəhər Peşə Təhsil Mərkəzində 6,4 milyonluq təmir

Çin sənayesində ciddi mənfəət azalması

Futbolçu satışından ən çox pul qazanan klublar açıqlandı

Toxunduğu yer qızıla çevrilir - Ceff Bezosa görə 0,74 hektar boş torpaq 200 milyona satılır

DSX-nın 900 minlik tenderi niyə ləğv edilib?

Böyük şirkətlər qaçır... - Sinqapur birjası cəlbediciliyini itirir?

Ölüm tarixini proqnozlaşdıran süni intellekt yaradıldı

Dövlət qurumu ilə şirkət arasında cərimə qalmaqalı

Yer nə vaxt yaşayış üçün yararsız olacaq? - İlon Mask açıqladı

"Apple"ın dəyəri 4 trilyon dollara yaxınlaşdı

Dolların dünya ehtiyatlarında payı son 30 ildə minimuma düşdü

"Xanni-2017" məhkəmə qarşısında

"Forbes"in siyahısında yer alan milyarder uğurun sirrini açıqladı

Nazirlərlə görüşmək istəyən vətəndaşların nəzərinə: Yanvarda qəbul günləri açıqlandı

Naxçıvanın Təcili Tibbi Yardım Xidməti 980 minlik cihaz alır

Yapon şirkəti qlobal ticarət müharibəsinə hazırlaşır

Yapon şirkəti qlobal ticarət müharibəsinə hazırlaşır

Bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

Azərbaycan çempionatında bazar dəyəri yüksək olan futbolçular açıqlanıb

2024-cü ildə baş verən təyyarə qəzaları

"Yük Taksisi.Az" böyük məbləğdə cərimələnə bilər

Nazir Rəşad Nəbiyev: Qalıqlar və şahid ifadələri deməyə əsas verir ki, təyyarəyə kənar müdaxilə olub

AZAL: Təyyarə fiziki və texniki kənar müdaxilə nəticəsində qəzaya uğrayıb

2025-ci ildə dövlət büdcəsindən ayrılacaq subsidiyalar - TOP 5

25 BOKT nizamnamə kapitalı ilə bağlı yeni tələblərə cavab vermir

Rüşvətlə plastik cərrahiyyəyə icazə verən şəxslər həbs edildi

Rusiyadan AZAL-ın təyyarə qəzası ilə bağlı etiraf

Rusiyadan AZAL-ın təyyarə qəzası ilə bağlı etiraf

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin