30.10.2024 / 19:56
Nazirlik 2,5 milyona hansı təhsil müəssisələrini təmir etdirəcək?
58573
Elm və Təhsil Nazirliyi "Elite Construction" MMC ilə satınalma müqaviləsi bağlayacaq.
Valyuta.az xəbər verir ki, şirkət nazirliyin respublika üzrə təhsil müəssisələrində təmir, kommunal-kommunikasiya və abadlıq işlərinin satın alınması ilə bağlı keçirdiyi tenderin qalibi olub.
Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 2 527 098,3 manatdır.
Təmir və abadlıq işlərinin hansı təhsil müəssisələrində aparılacağı bəlli deyil.
"Elite Construction" şirkəti 3500 manatlıq nizamnamə kapitalı ilə yaradılıb.
Şirkətin qanuni təmsilçisi Quliyev Ramiz Məhəmməd oğludur.
Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında heç bir məlumata rast gəlinmir.
Hüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay