Tenderlər
30.10.2024 / 15:39
Bakı Apellyasiya Məhkəməsi fəhlə və xadimələr üçün uniforma alacaq - Biri 75 manata
58559
Bakı Apellyasiya Məhkəməsi yeni tender elan edib.
Valyuta.az xəbər verir ki, tender xadimə və fəhlələr üçün uniformaların satın alınması ilə bağlıdır. Tenderin ehtimal olunan qiyməti 3 min 750 manatdır. Məhkəmə tender vasitəsilə xadimələr üçün L-2XL ölçülərdə 30 ədəd şalvarlı dəst, 48-54 ölçülərdə 20 ədəd fəhlə gödəkçəsi alacaq (bir ədədi üçün orta qiymət 75 manat).
Təkliflərin son təqdim olunma tarixi 19 noyabrdır.
Əvəz Həsənov
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay