Nazirə məxsus olduğu deyilən şirkət 40 milyonluq tenderin qalibi oldu
Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təsərrüfat hesablı Tikinti və Təchizat İdarəsinin keçirdiyi tender müsabiqəsinə yekun vurulub.
Valyuta.az-ın xəbərinə görə, tender kompüter və noutbukların satınalınması ilə bağlıdır. Tenderin qalibi "Bestcomp Group" QSC olub. İdarə ilə qalib şirkət arasında 39 milyon 772 min 336 manat 53 qəpiklik müqavilə imzalanıb.
Qeyd edək ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Bestcomp Group" QSC 22 iyun 1998-c ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 8 962 330 AZN-dir. Hüquqi ünvanı Bakı şəhəri Xətai rayonu, 8 noyabr küçəsi, ev 25E-ə yerləşən şirkətin qanuni təmsilçisi Həsənov Fərid Rafiq oğludur.
Şirkətin sahibi kimi isə fövəqladə hallar naziri Kəmaləddin Heydərovun adı çəkilir. Bu barədə Kəmaləddin Heydərovun biznesi haqqında yazılan araşdırma materiallarında bildirilir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay