Tenderlər
23.10.2024 / 16:30
MOM-dan deputata məxsus olduğu deyilən şirkətə yarım milyonluq sifariş
58063
Milli Onkologiya Mərkəzi (MOM) "Azəri Med" Qapalı Səhmdar Cəmiyyəti (QSC) ilə satınalma müqaviləsi bağlayacaq.
Valyuta.az xəbər verir ki, şirkət MOM-un şüa avadanlıqları və digər tibbi avadanlıqların cari təmiri işləri və təmiri xidmətlərinin satın alınması ilə bağlı keçirdiyi tenderin qalibi seçilib.
Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 445 392,22 manatdır.
"Azəri Med" QSC-nin deputat Kəmaləddin Qafarova məxsus olduğu bildirilir. Şirkət vaxtaşırı MOM-un keçirdiyi tenderlərin qalibi olur. Bu da təsadüfi sayılmır. Kəmaləddin Qafarov 2014-2015-ci illərdə MOM-un direktor müqavini vəzifəsində işləyib.
Hüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay