14.10.2024 / 18:33
İnnovasiya və Təchizat Mərkəzi 300 minlik "sərfiyyat malları" alır
57380
İnnovasiya və Təchizat Mərkəzi dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin qastroenterologiya, ginekologiya, urologiya və kardiologiya şöbələrində istifadə üçün nəzərdə tutulmuş tibbi sərfiyyat mallarının satın alınması ilə bağlı tenderə yekun vurub.
Valyuta.az xəbər verir ki, tenderin qalibi "Azfar Med" Qapalı Səhmdar Cəmiyyəti seçilib.
Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin mnaliyyə dəyəri 296 811,51 manatdır.
"Azfar Med" QSC 2021-ci ildə 10 manatlıq nizamnamə kapitalı ilə yaradılıb. Hazırda nizamnamə kapitalı 2000 manat təşkil edən şirkətin qanuni təmsilçisi Tağı-zadə Toğrul Eldar oğludur.
Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında heç bir məlumat yoxdur.
Hüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay