Tenderlər
09.10.2024 / 12:02
10 manat nizamnamə kapitalı ilə 100 milyon manata kənd tikəcək - TENDER
57091
Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti tərəfindən keçirilən tender müsabiqəsinin qalibi bəlli olub.
Valyuta.az xəbər verir ki, 97 milyon 212 min manat olan tender müsabiqəsinin qalibi “TVM İnşaat” MMC olub.
“TVM İnşaat” MMC Füzuli rayonu, Dövlətyarlı kəndi üzrə fərdi yaşayış evlərinin, qeyri-yaşayış binalarının, sahədaxili mühəndis kommunikasiyaları sistemlərinin (su, kanalizasiya, qaz xətləri, elektrik və rabitə şəbəkəsi), daxili yol və səkilərin tikinti-quraşdırma işlərini görəcək.
“TVM İnşaat” MMC-nin nizamnamə kapitalı 10 manatdır. Qanuni təmsilçisi Ağayev Musa Nizaməddin oğludur.
Əvəz Həsənov
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay