Oqtay Əsədovun qardaşı oğluna məxsus olduğu deyilən şirkət 1 milyonluq tenderin qalibi seçildi
Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyi "Arash Medical Company" şirkətindən 996 142,07 manatlıq tibbi avadanlıq alacaq.
Valyuta.az xəbər verir ki, şirkət Agentliyin bununla bağlı keçirdiyi tenderin qalibi seçilib.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Arash Medical Company" QSC 22 iyun 2011-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2000 manatdır. Şirkətin qanuni təmsilçisi Məmmədov Kamran Abid oğludur.
Lakin şirkətin keçmiş spiker Oqtay Əsədovun nəzarətində olduğu iddia edilir. Kamran Məmmədovdan əvvəl "Arash Medical Company" şirkətinə rəhbərlik edən Cavid Əsədovun Oqtay Əsədovun qardaşı oğlu olduğu bildirilir.
"Arash Medical Company" MMC bundan əvvəl Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinin mebellərin satın alınması ilə bağlı keçirdiyi müsabiqənin qalibi seçilmişdi.
Hüseyn
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay