4 ayda 3 milyonluq təmizlik – “ASAN Xidmət”lə eyni şirkət arasında 500 minlik daha bir müqavilə
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (“ASAN Xidmət”) bu il 7 saylı Bakı “ASAN Xidmət” mərkəzində təmizlik işlərinin görülməsinə 528.954,73 AZN xərcləyəcək.
Valyuta.az xəbər verir ki, qurumun bununla bağlı elan etdiyi tenderin qalibi "Parlaq Məkan" Məhdud Məsuliyyətli Cəmiyyəti olub.
"Parlaq Məkan" MMC 07 noyabr 2016-cı ildə dövlət qeydiyyatına alınıb.
Nizami kapitalı 10 AZN olan şirkətin qanuni təmsilçisi Qurbanov Əvəz İsmayıl oğludur.
Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında heç bir məlumat yoxdur.
Məlumat üçün bildirək ki, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 2024-cü ilin ilk 4 ayında Bakı və digər bölgələrdə yerləşən “ASAN Xidmət” mərkəzlərində təmizlik işlərinin satın alınması ilə bağlı elan etdiyi 17 tenderin qalibi də “Parlaq Məkan” MMC olub. Bu tenderlərin ümumi maliyyə dəyəri 3 milyon 524min manat təşkil edir.
Davud
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay