Tenderlər
05.04.2024 / 19:11
SDU-da 53 minlik nəzarət sistemləri quraşdırılacaq
45715
Sumqayıt Dövlət Universitetinin (SDU) tədris və inzibati binalarında giriş-çıxışa nəzarət sistemləri quraşdırılacaq.
Valyuta.az xəbər verir ki, universitet artıq bununla bağlı tenderə yekun vurub.
Tenderin qalibi “Telcon” MMC seçilib.
Nəzarət sistemlərinin quraşdırılması SDU-ya 53 356,58 AZN-ə başa gələcək.
“Telcon” MMC 3 oktyabr 2013-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN-dir. Şirkətin qanuni təmsilçisi Həmzəyev Azər Həmzə oğludur.
Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında heç bir məlumata rast gəlinmir.
Hüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay