BAKU Azərbaycan
12.53°C
  • USD
    1.7
  • EUR
    1.8582
  • RUB
    2.0804
  • TRY
    0.0463
  • GBP
    2.208
44890

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tabeliyində fəaliyyət göstərən "MİDA” MMC tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) qalibi "Ricon” MMC (VÖEN – 1900014631) olub.

Yeniavaz.com xəbər verir ki, daha əvvəl - 12 fevral 2024-cü il tarixində dövlət satınalmalar portalında yerləşdirilən məlumatda tender müsabiqəsində ümumi məbləğin 1 milyon 995 min 4 manat 95 qəpik olduğu göstərilib.

Dövlət satınalmalar portalında yerləşdirilən sonuncu məlumatda isə göstərilir ki, "MİDA” MMC ilə "Ricon” MMC arasında 2 milyon 253 min 253 manat 14 qəpik dəyərində müqavilə imzalanıb.

Qeyd edək ki, tender müsabiqəsinin şərtlərinə görə, "Ricon” MMC Cəbrayıl şəhərində 7,87 ha torpaq sahəsində inşa olunan yaşayış kompleksində baş plan üzrə yollar, səkilər, abadlıq və ərazinin yaşıllaşdırılması işlərini həyata keçirəcək.

Məlumat üçün bildirək ki, tenderi keçirən "MİDA” MMC 2016-cı ildə yaradılıb. Nizamnamə kapitalı 10 milyon manat olan "MİDA”nın direktoru Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzlinin qardaşı Fərhad Təhməzlidir.

Tenderin qalibi olan "Ricon” MMC-nin hüquqi ünvanı Nərimanov rayonu, Əliyar Əliyev 45, m. 91-də yerləşir. Nizamnamə kapitalı 20 manat olan "Ricon” MMC 29 dekabr 2003-cü il tarixində dövlət qeydiyyatına alınıb. MMC-nin qanuni təmsilçisi İsmayılov Rəşad Rəhim oğludur.

Onu da qeyd edək ki, abadlıq və yaşıllaşdırılması nəzərdə tutulan 7,87 ha torpaq sahəsində inşa olunan yaşayış kompleksində tikilən hündürmərtəbəli binaların bir-birinə yaxın və nizamsız şəkildə inşa olunması sosial şəbəkə istifadəçiləri tərəfindən tənqid olunub.
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Qrenlandiya partiyaları Trampın təzyiqi fonunda yeni hökuməti elan ediblər

Məşhur film şirkəti iflasa uğradı

ING Azərbaycanda orta illik inflyasiya proqnozunu yeniləyib

"iPhone" istifadəçiləri üçün "WhatsApp"da yeni funksiya

Əsassız yaranmış kommunal borcun silinməsi üçün hansı addımlar atılmalıdır?

"Meta"dan nostalji yaradan addım - "Facebook"un bu özəllikləri geri dönür

Mehman Veysəlov onları müdir təyin edib

Sənədsiz evlər probleminin həlli niyə gecikir?

Fitrə zəkatı nə vaxt verilməlidir? - RƏSMİ

Fitrə zəkatı nə vaxt verilməlidir? - RƏSMİ

BƏƏ Türkiyənin bu bankını aldı

Ağdamda tikilən evlərin həyətyanı sahəsi nə qədərdir?

Ağdamın Sarıcalı kəndində iki mərhələ üzrə 425 fərdi ev tikiləcək

"İnstagram" istifadəçilər üçün yeni funksiya təqdim edib

"Tesla" qiymətləri qaldırır

Azərbaycan üçün 173 milyon dollarlıq layihə - Dünya Bankı təsdiqlədi

Avtobuslarla bağlı yenilik: İş saatı artırılacaq, yalnız elektrikli avtobuslar işləyəcək

İş görüşməsində 100/100 seçilmək istəyirsinizsə... - Ekspert açıqladı

Ötən il Rusiya vətəndaşlığını alan əcnəbilərin sayı rekord səviyyədə düşdü

Qiymət və keyfiyyət baxımından ən yaxşı avtomobillər - Siyahı

Bakıda daha bir dairə ləğv edilir: Məşhur restoran sökülür

Bakıda daha bir dairə ləğv edilir: Məşhur restoran sökülür

Azərbaycanda alimlər nə qədər maaş alırlar? - RƏQƏMLƏR

Dələduzların yeni oyunu - "Bank kartını icarəyə ver, 5000 manat qazan"

Malayziyaya səyahət neçəyə başa gəlir? - Viza tələbi yoxdur

Neftimizin qiyməti cüzi azalıb

"Amazon" yeni süni intellekt funksiyasını təqdim edib

"Bitcoin" və altcoinlərin qiymətləri düşdü

“Melissa Group”un rəhbəri saxlanıldı

“Melissa Group”un rəhbəri saxlanıldı

Özünü inkişaf etdirməyin ən təsirli yolu: hər səhər 1 yeni sual - SƏHƏR OXUSU

"Wall Street"də bonuslar rekord həddə çatıb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin