
18.07.2024 / 20:25
22 manatlıq şirkətə milyon yarımlıq sifariş
52017
Şəmkir Rayon Mərkəzi Xəstəxanası "Ozon Tibb Mərkəzi" MMC ilə satınalma müqaviləsi imzalayacaq.
Valyuta.az xəbər verir ki, şirkət xəstəxanın laboratoriya şöbəsinin yenidən təşkil olunması və standartlaşdırılması məqsədilə vətəndaşlara göstəriləcək laborator tibbi xidmətlərin satın alınması ilə bağlı elan etdiyi tenderin qalibi seçilib.
Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 1 749 999,58 manatdır.
"Ozon Tibb Mərkəzi" MMC 17 may 2005-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 22 manat olan şirkətin qanuni təmsilçisi Musayev Famil İbrahimxəlil oğludur.
Hüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay