12.03.2024 / 21:33
AQTA-nın Şamaxıdakı binasının layihəsi neçəyə başa gələcək?
44168
Şamaxıda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) üçün inzibati binanın tikilməsi ilə əlaqədar layihə-smeta sənədlərinin hazırlanması ilə bağlı satınalma müsabiqəsinə yekun vurulub.
Valyuta.az xəbər verir ki, müsabiqənin qalibi “Creat Company” MMC seçilib.
Layihə-smeta sənədlərinin hazırlanması quruma 22 420 AZN-ə başa gələcək.
“Creat Company” MMC 24 sentyabr 2019-cu ildə qeydiyyata alınıb.
Nizamnamə kapitalı 10 AZN olan şirkətin qanuni təmsilçisi Məmmədov Elnur Cəmaləddin oğludur.
Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi barəsində heç bir məlumat yoxdur.
Hüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay