06.03.2024 / 16:10
“Bakı Metropoliteni” üçün 224 min manatlıq reklam
43786
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti (QSC) “Starprint” MMC ilə satınalma müqaviləsi imzalayıb.
Valyuta.az xəbər verir ki, şirkət “Bakı Metropoliteni” QSC-nin müxtəlif reklam işlərini yerinə yetirmək üçün mal və materialların satın alınması ilə bağlı keçirdiyi tenderin qalibi seçilib.
Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 224 034,21 AZN-dir.
“Starprint” MMC 28 mart 2013-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 4 AZN-dir. Şirkətin qanuni təmsilçisi Hacıyev Elvin Vahid oğludur.
“Starprint” MMC reklam agentliyi kimi fəaliyyət göstərir.
Hüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay