Tenderlər
01.03.2024 / 20:10
Dövlət xidməti 664 min manatlıq geyim alır
43457
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti “Tekstil Təminat MH” MMC ilə satınalma müqaviləsi imzalayacaq.
Valyuta.az xəbər verir ki, şirkət qurumun hərbi geyim forması və ləvazimatının satınalınması ilə bağlı keçirdiyi tenderin qalibi seçilib.
Satınalma müqaviləsinin maliyyə dəyəri 664 954,9 AZN-dir.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 2023-cü ildə də hərbi geyim forması və ləvazimatının satın alınması ilə bağlı iki tender keçirib.
Bu tenderlərin qalibi "Feniks Tekstil Supply” MMC və “Tekstil Təminat MH” MMC seçilib.
“Feniks Tekstil Supply” MMC-nin təklifi 796 959,8 AZN, “Tekstil Təminat MH” MMC-nin təklifi isə 659.658,9 AZN olub.
Hüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay