"Yeni Klinika" dövlət qurumlarının sevimlisi olan "bir manatlq" şirkətdən təsərrüfat malları alır
"Yeni Klinika” təsərrüfat və santexnika malları alınması ilə bağlı elan etdiyi tenderə yekun vurub.
Valyuta.az xəbər verir ki, klinikanın keçirdiyi tenderin qalibi “Leads Group Supply” Məhdud Məsuliyyətli Cəmiyyəti olub.
Təsərrüfat və santexnika mallarının alınmasına görə klinika ilə MMC arasında 154.521 AZN-lik müqavilə imzalanacaq. Tenderin şərtlərindən məlum olur ki, klinika bu məbləğə salfet, zibil torbası, zibil qutusu, tullantı qabı kimi mallar alacaq.
Buna qədər isə şirkət “Yeni Klinaka”nın elan etdiyi daha bir tenderin də qalibi olub.
MMC-nin hüquqi təmsilçisi Əhmədov Əli Vəli oğludur. Nizamnamə kapitalı 1 manat olan şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev ev 71-dir.
29.11.2018-ci ildə qeydə alınan şirkət daha əvvəllər "FUTURO" Məhdud Məsuliyyətli Cəmiyyət olaraq fəaliyyət göstərib. 08.05.2022-ci ildə isə şirkətin adı dəyişərək “Leads Group Supply” adı altında fəaliyyətini davam etdirib. Şirkətin hüquqi təmsilçisi də bir neçə dəfə dəyişib.
Tenderin qalibi olan şirkətin veb səhifəsində verilən məlumata görə, MMC müxtəlif sənaye sahələrindəki müəssələri geniş çeşidli məhsullarla, elektrik və məişət malları, sənaye materialları ilə təmin etməklə məşğuldur.
Açıq mənbələrdə yazılan məlumatlara görə, şirkət müxtəlif dövlət qurumlarının tenderlərinin qalibi olub. MMC 2024-cü ilin ilk 2 ayında keçirilən dəyəri 440 min manatdan çox olan 3 tenderin, 2023-cü ildə isə 17 tenderin qalibi olub. Şirkət hazırda Azərbaycan Xəzər Dənizi Gəmiçiliyi, Marxal Resort And Spa Hotel, Dənizkənarı Bulvar İdarəsi, Şirvan Şəhər İcra Hakimiyyəti, Naftalan Şəhər Mənzil Kommunal Təsərrüfat Birliyi və digər qrumların təşkil etdiyi layihələri aparır.
Davud
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay