Cəbrayılda mərkəzi xəstəxananın tikintisi ilə bağlı tender elan edildi
Səhiyyə Nazirliyi Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə bağlı tender elan edib.
Valyuta.az xəbər verir ki, xəstəxana 150 çarpayılıq olacaq. Tender noyabrın 16-na qədər davam edəcək.
Məlumat üçün deyək ki, cari ayın əvvəlində ölkə başçısı İlham Əliyev Cəbrayıl rayon Mərkəzi Xəstəxanasının layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, 150 çarpayılıq mərkəzi xəstəxanasının layihələndirilməsi və tikintisi məqsədilə 2021-ci ilin dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Səhiyyə Nazirliyinə ilkin olaraq 500 000 min manat ayrılıb.
Onu da qeyd edək ki, Səhiyyə Nazirliyinin elan etdiyi satınalma müsabiqəsi xəstəxananın tikintisinin birinci mərhələsi üçündür.
Hüseyn
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay