Tenderlər
26.10.2023 / 15:48
Reklam idarəsi 173 minlik sığorta müqaviləsi imzalayacaq
35319
Dövlət Reklam Agentliyinin Bakı Şəhəri Reklam İdarəsi “Azərbaycan Sənaye Sığorta” Açıq Səhmdar Cəmiyyəti (ASC) ilə satınalma müqaviləsi imzalayacaq.
Valyuta.az xəbər verir ki, maliyyə dəyəri 173.228 AZN olan müqavilədə könüllü tibbi sığorta xidmətinin satın alınması nəzərdə tutulur.
“Azərbaycan Sənaye Sığorta” ASC “Cİ Sığorta” MMC-nin hüquqi varisidir. “Cİ Sığorta” MMC 17 dekabr 1996-cı ildə təsis edilib.
2007-ci ildə şirkətin adı, 2008-ci ildə isə təşkilati-hüquqi forması dəyişdirilib.
ASC-nin nizamnamə kapitalı 11 000 000 manat, qanuni təmsilçisi isə Əfəndiyev Orxan Oqtay oğludur.
Orxan Əfəndiyev həm də ASC-nin İdarə Heyətinin sədridir.
Hüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay