Tenderlər
03.10.2023 / 17:34
Lökbatandakı yarımçıq xəstəxananın profili dəyişdirilir
33704
Lökbatan qəsəbəsində 218 çarpayılıq Psixiatriya Mərkəzi və 123 çarpayılıq Narkoloji Mərkəz tikiləcək.
Valyuta.az xəbər verir ki, hər iki Mərkəz Lökbatandakı tikintisi yarımçıq qalmış xəstəxanın bazasında inşa ediləcək. Yəni, yarımçıq qalmış xəstəxananın tikintisinin profili dəyişdiriləcək.
Səhiyyə Nazirliyi artıq Psixiatriya Mərkəzi və Narkoloji Mərkəzin inşası üçün layihə-smeta sənədlərinin hazırlanması ilə bağlı tenderə yekun vurub.
Tenderin qalibi “Base Arch” MMC seçilib. Layihə-smeta sənədlərinin hazırlanması nazirliyə 150 000 AZN-ə başa gələcək.
Hüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay