BAKU Azərbaycan
°C
  • 1 USD ABŞ dolları
    0.0000
  • 1 EUR Avro
    0.0000
  • 1 RUB Rusiya rublu
    0.0208
  • 1 TRY Türkiyə lirəsi
    0.0000
  • 1 GBP İngiltərə funt sterlinqi
    0.0000

Suraxanı Rayon Mənzil Kommunal Təsərrüfat Birliyi (MKTB) müxtəlif təyinatlı hissələrin satın alınması ilə bağlı tenderə yekun vurub. 

Qaynarinfo xəbər verir ki, satınalma müsabiqəsinin qalibi "Koneks Construction” MMC seçilib. Tərəflər artasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 139.922,04 AZN təşkil edir.

Tenderin şərtlərindən məlum olur ki, MKTB avtoşin, akkumlyator və bu kimi maşın hissələri alacaq. 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında "Koneks Construction” MMC-nin 27 noyabr 2019-cu ildə qeydiyyata alındığı göstərilir. Şirkətin nizamnamə kapitalı 10 AZN-dir. Hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, ev 39, mənzil 202-də yerləşən MMC-nin qanuni təmsilçisi Fərzəliyev Mehdi Məhəmmədəli oğludur. 

Bundan əvvəl şirkətin qanuni təmsilçisi Osmanlı Vahid Cuma oğlu olub. MMC-nin hüquqi ünvanı isə Bakı şəhəri Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, ev 39, mənzil 29-da yerləşib.

Açıq mənbələrdə Mehdi Fərzəliyev və şirkət barəsində hər hansı məlumat yoxdur. 

Dövlət satınalmalarının vahid elktron portalında yerləşən məlumatlardan aydın olur ki, barəsində heç bir məlumat olmayan şirkət 2021-2023 illər ərzində 76 satınalma müqaviləsi imzalayıb.

Müqavilələrdən aydın olur ki, "Koneks Construction” MMC geyim, zibil konteynerləri, dəftərxana ləvazimatları, odun və bu kimi mütxəlkif təyinatlı malların satışını həyata keçirməklə yanaşı, tikinti işləri də görür. Fəaliyyət sferası bu qədər geniş olan və tenderlərdə fəal iştirak edən belə bir şirkətin nə veb-səhifəsi, nə də əlaqə nömrələri var. 

MMC-nin yaranma tarixi da ziddiyyətlidir. Açıq mənbələrdə qeyd edilir ki, şirkət 2016-cı ildən ildən tikinti sektorunda fəaliyyət göstərir. Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında şirkətin 2019-cu ildə qeydiyyata alındığı göstərilir. Bu o deməkdir ki, şirkət 3 il vergi uçotuna dayanmadan fəaliyyət göstərib. Yox əgər, elə 2019-cu ildə təsis edilibsə, o zaman 3 il əvvəl necə fəaliyyət göstərib? Belə qənaət yaranır ki, "Koneks Construction” MMC özü haqqında həqiqətə uyğun olmayan, şişirdilmiş dosye tərtib edib. 

Suraxanı MKTB Suraxanı Rayon İcra Hakimiyyətinə tabeli qurumdur. Suraxanının icra başçısı Əziz Əzizovdur. O, 2019-cu ildən bu vəzifədədir. Əzizov Əzizov 2006-2018-ci illərdə Cəlilabadın, 2018-2019-cu illərdə isə Ysamalın icra başçısı vəzifəsində çalışıb. 
 

Son xəbərlər

Rabitəbank uşaq evini ziyarət etdi (FOTO)

“Kupça”sız evlər də sığorta pulu ödəyəcək? – AÇIQLAMA

Türkiyə Azərbaycandan ildə 1 milyon turist qəbul etmək istəyir

Aqrar Sığorta Fondu fermerlərə növbəti dəfə ödəniş edəcək

“Gilan Orchards”ın rəhbərinin ölkədən çıxışına “stop” qoyula bilər

Azərbaycan əhalisi televiziyalarda nə izləyir?

Azərbaycanda utilizasiyaya veriləcək maşınlara görə birdəfəlik ödəniş məbləğləri nə qədər olacaq?

Azərbaycanda utilizasiyaya veriləcək maşınlara görə birdəfəlik ödəniş məbləğləri nə qədər olacaq?

"Utilizasiya proqramı Azərbaycanda avtomobilləri bahalaşdıracaq" - Millət vəkili

"Yaxın həftələrdə “Abşeron” yatağından ilk qaz çıxarılacaq" - "Total"

“Kənddən Şəhərə” həftəsonu yarmarkası keçiriləcək

Azərbaycan Prezidenti Avropa Siyasi Birliyinin sammitinə gəlib

Nazirliklərin avtomobilləri SATIŞA ÇIXARILDI - 800-18000 MANAT

Nazirliklərin avtomobilləri SATIŞA ÇIXARILDI - 800-18000 MANAT

Aparıcı Azər Zahidə “stop” qoyula bilər - İş məhkəmədə!

ƏDV qeydiyyatı ləğv olunduqda depozit hesabında qalan vəsaitdən necə istifadə olunur? - ŞƏRH

Bayden ABŞ-da "fəlakətli defoltun" qarşısının alındığını elan etdi

Manatın effektiv məzənnələri il ərzində artıb

Bakıda təcili eniş edən "British Airways"in təyyarəsi yola düşüb

Aqrar İnnovasiya Mərkəzinə təyinat olub - FOTO

Ərdoğan Prezident Külliyəsində qələbə çıxışı edib

Azərbaycanda məktəb direktoru faciəli şəkildə öldü

Bütün xəbərlər