Qarabağ Regional Təhsil İdarəsi çoxsaylı əməkdaşının işdən azad olunması xəbərinə aydınlıq gətirib
Mediada Qarabağ Regional Təhsil İdarəsinin çoxsaylı əməkdaşının işdən azad olunması ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir.
Bu barədə idarədən bildirilib.
Qeyd olunub ki, il başlayandan regional təhsil idarələrinin strukturunda müvafiq dəyişiklik edilib.
"Qarabağ RTİ-də metodiki kabinetlərdə çalışan metodistlər razılıqları əsasında ümumi təhsil müəssisələrində müvafiq vəzifələrə yerləşdirilib. Metodiki kabinetdə texniki vəzifələrdə çalışan işçilər isə idarədə vəzifə maaşı eyni olan digər texniki işçi vəzifələrinə keçirilib. Ümumilikdə 61 əməkdaşın 52-nin işlə təminatı artıq həyata keçirilib, digər əməkdaşlarla bağlı müvafiq proses icra edilir", - məlumatda bildirilib.
Xatırladaq ki, sosial şəbəkə və mediada Qarabağ Regional Təhsil İdarəsinin 53 əməkdaşının işdən çıxarıldığı barədə məlumatlar yayılıb.
©Report
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay