Təhsil
13.01.2025 / 12:51
Bölgələrdə yeni liseylər yaradılır
63030
Bölgələrdə istedadlı şagirdlərin təhsil ala biləcəyi lisey və gimnaziyaların şəbəkəsi genişləndirilir.
Valyuta.az xəbər verir ki, bunu "Azərbaycan müəllimi" qəzetinə müsahibəsində elm və təhsil nazirinin müavini Kənan Kərimzadə deyib.
O bildirib ki, Oğuz, Qobustan, Sumqayıt, Lənkəran, Mingəçevir kimi bir çox rayon və şəhərlərdə yeni liseylər yaradılır.
"Ötən il 34 müxtəlif lisey və gimnaziyada təhsil almaq üçün 25 min nəfərə yaxın şagird müraciət edib və onlar arasından ən yaxşı 3 min şagird bu müəssisələrə qəbul olub.
Regionlarda istedadlı şagirdlərin aşkara çıxarılması və inkişaf etdirilməsi məqsədilə son iki ildə 5 lisey yaradılıb və fəaliyyət göstərir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay