BAKU Azərbaycan
9.03°C
  • USD
    1.7
  • EUR
    1.7502
  • RUB
    1.6626
  • TRY
    0.0481
  • GBP
    2.09
63024

Hesablama Palatasının 2024-cü il üçün iş planına əsasən Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) keçirdiyi kənar dövlət maliyyə nəzarəti tədbiri 2022-2023-cü illərdə, eləcə də 2024-cü ilin birinci rübündə UNEC tərəfindən dövlət vəsaitinin və digər dövlət əmlakının idarə olunmasının hüquqi aktların tələblərinə uyğunluğunun qiymətləndirilməsi məqsədi daşımışdır.

Valyuta.az xəbər verir ki, bu barədə Palata məlumat yayıb.

Auditin əhatə etdiyi dövrün əvvəlinə əsasən təhsil və büdcə illərinin üst-üstə düşməməsi səbəbindən UNEC-in 13263,0 min manat qalıq vəsaiti mövcud olmuş, 2022-2023-cü illərdə və 2024-cü ilin birinci rübü ərzində müxtəlif mənbələrdən ümumilikdə 119221,2 min manat vəsait daxil olmuş və 125086,4 min manat məxaric edilmişdir.

UNEC-in 2023-cü ildə 2022-ci illə müqayisədə gəlirlərində müşahidə edilən 7,8% səviyyəsində artım dövlət sifarişi üzrə təhsilin maliyyələşməsinə ayrılan vəsaitin 10,2% və digər gəlirlərin 2,3 dəfə artımı hesabına formalaşmışdır. Eyni zamanda, UNEC-in gəlirlərindən Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin (Nazirlik) müvafiq əmrləri ilə 2022-ci ildə 1653,0 min manat və 2023-cü ildə 1100,0 min manat vəsait təhsil işçilərinin, o cümlədən Nazirlik əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və maddi təminatını, eləcə də 2024-cü ildə 991,0 min manat vəsait yalnız Nazirlik işçilərinin sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq məqsədilə Təhsilin İnkişafı Fonduna ayrılmışdır.

Auditin əhatə etdiyi dövrün sonuna UNEC-də 1646 nəfər əməkdaş çalışmış, onlardan 792 nəfərini inzibati, 854 nəfərini isə professor-müəllim heyəti təşkil etmiş, professor- müəllim heyətinin tərkibində əvəzçilərin sayı 185 nəfər olmuşdur. Mövcud dərs yükünün təmin edilməsi məqsədilə UNEC-də çalışan 109 əməkdaşla yanaşı kənardan 380 nəfər saathesabı əsaslarla cəlb edilmişlər.

2023-cü ilin sonuna bakalavr, magistr, doktorant və dissertantların sayı müvafiq olaraq 15060 nəfər, 4863 nəfər, 191 nəfər və 7 nəfər təşkil etmişdir.

İlk olaraq qeyd edək ki, auditlə UNEC-in Nizamnaməsində nəzərdə tutulsa da, Nazirlik tərəfindən Himayəçilər Şurasının yaradılmadığı, bu səbəbdən də Nizamnamə ilə Himayəçilər Şurasına aid edilmiş vəzifələrin UNEC-in müxtəlif rəhbər və məsul əməkdaşları tərəfindən icra edildiyi müəyyən olunmuşdur.

Həmçinin Nizamnamənin tələbinə əsasən UNEC-in strukturu təsisçi tərəfindən təsdiq edilməli olsa da, auditlə əhatə olunan illərdə bu fəaliyyət təsisçi tərəfindən həyata keçirilməmiş, nəzərdə tutulan ştat cədvəlləri rektor tərəfindən müvafiq qaydada təsdiq olunmuşdur. Eləcə də, Himayəçilər Şurasının yaradılmaması “Elmi-metodiki Şuranın Əsasnaməsi”nin də UNEC-in Elmi-Şurası tərəfindən təsdiqi ilə nəticələnmiş, audit olunan dövrdə kənar auditor təyin edilməmiş, analoji olaraq daxili auditin fəaliyyətinə UNEC rəhbərliyi nəzarət etmişdir.

Auditin əhatə etdiyi vəsaitin əsas hissəsini sosial xərclər təşkil etmiş, tətbiq edilmiş audit metodları ilə hesablanmış və ödənilmiş məbləğlər arasında uyğunsuzluq aşkar olunmamışdır. Bununla belə, icra prosesində bəzi nöqsanlara yol verilmiş, bu nöqsanların nəticəsi ümumilikdə cəmi məbləğin icrasına əhəmiyyətli təsir göstərməmişdir.

Ödənişli təhsil üzrə bağlanmış müqavilələrlə müəyyən edilmiş öhdəliklərə nəzarətin tam təmin olunmaması, eləcə də kredit haqlarının hüquqi aktların tələblərinə uyğun şəkildə yığılmaması təhsil haqqı üzrə debitor borc məbləğinin artımına səbəb olmuşdur.

Dövlət sifarişi əsasında maliyyələşmə müvəqqəti olaraq dayandırılmalı olduğu halda, dövlət sifarişi əsasında təhsil alan, lakin akademik məzuniyyət götürməsi ilə bağlı təhsilini dayandırmış tələbələr üzrə təhsil xərcinə görə cəmi 52 halda 32,3 min manat vəsait UNEC-in hesabında qalmışdır. Toplanmış audit sübutları auditlə əhatə edilən dövrdə hüquqi aktların tələblərinə uyğun xaric olunmuş dövlət sifarişli tələbələrin yerinə ödənişli əsaslarla təhsilalan tələbələr yerləşdirilməmiş, nəticədə dövlət sifarişi ilə təhsil alan, auditlə əhatə edilən illərdə müxtəlif səbəblərdən UNEC-dən xaric edilmiş tələbələr üzrə təhsil xərcinə görə 2022-ci ildə 71 halda 49,9 min manat, 2023-cü ildə 75 halda 57,6 min manat, cəmi 146 halda 107,5 min manat vəsaitin dövlət büdcəsinə qaytarılması təmin edilməmişdir.

Auditin əhatə etdiyi dövrdə ümumilikdə təqaüdlərin maliyyələşdirilməsi məqsədilə 27540,9 min manat vəsait icra edilmiş, təhsilin nəticələrinə görə müəyyən olunmuş təqaüdlərin məbləği bəzi hallarda kiçik məbləğlərdə düzgün hesablanılmamış, bu hallar vəsaitlərin icrasına əhəmiyyətli təsir göstərməmişdir.

Nizamnaməsi ilə nəzərdə tutulmayan bəzi tədbirlərə vəsait yönəldilməsi dövlət vəsaitlərinə əlavə tələbat yaratmaqla mənfəət məbləğinə də təsir göstərmişdir. Belə ki, UNEC voleybol komandasının oyunçuları və fizioterapevt ilə xidməti müqavilələr bağlanılaraq onlara aylıq haqq və idmançılara müəyyən edilmiş vaxtlarda məşq etmək və oyunlarda iştirak etmək üçün lazımı şərait yaradılması ilə bağlı bütün xərclər ödənilmiş, eləcə də “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin siyahısına daxil olan və UNEC-in ərazisində fəaliyyət göstərən 3 nömrəli Tələbə Poliklinikasına UNEC-in strukturuna daxil olmadığı və “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs tərəfindən maliyyələşdirildiyi halda vəsait yönəldilmişdir.

Təmir xərclərinin icrası prosesində təşkil olunmuş nəzarət fəaliyyətinin qənaətbəxş olmaması nəticəsində yerinə yetirilmiş işlərin dəyər və həcminin artırılması, eləcə də yerinə yetirilməyən işlərin dəyərinin ödənilməsi hallarına yol verilmiş, müvafiq nöqsanlar səbəbindən Quba tədris, idman və istirahət mərkəzinin əsaslı təmiri üzrə müqavilə məbləğinin 2,6%-i, tədris binalarının əsaslı təmiri üzrə müqavilə məbləğinin 1,6%-i və cari təmir üzrə müqavilələrin 8,8%-i qədər vəsait artıq icra edilmişdir.

Satınalmanın planlaşdırılması ilə bağlı tələblərə əməl olunması fonunda mütəmadi olaraq təşkil olunan və eyni dövrdə keçirilən tədbir üzrə fəaliyyətin gecikdirilməsi nəticəsində hər iki ildə təcili tələbat əsas gətirilməklə müsabiqəsiz şərtlərlə vəsait icra edilmişdir. Qeyd edək ki, bir mənbədən satınalmaların ümumi satınalma həcmində məbləğ olaraq xüsusi çəkisi 2022-ci ildə 8,6%, 2023-cü ildə isə 18,7% təşkil etsə də, satınalma sayında xüsusi çəkisi 2022-2023-cü illərdə müvafiq olaraq 45,5% və 47,4% təşkil etmişdir ki, bu da ən yaxşı təcrübələrlə müqayisədə məqbul hesab edilməyən həddən də nəzərəçarpacaq dərəcədə çoxdur.

Müqavilə şərtlərinə əməl olunmaması və öhdəliklərin icrasına nəzarətin tam təmin edilməməsi avans məbləğinin bağlanılmaması ilə vəsaitlərin təchizatçının istifadəsində saxlanılmasına səbəb olmuş, eləcə də bəzi hallarda müqavilə şərtlərinin hüquqi aktların tələblərinə əməl olunmadan dəyişdirilməsi, son nəticədə, vəsaitlərin satınalmasız icra edilməsi qənaətini formalaşdırmışdır.

Mühasibat uçotu və maliyyə hesabatlarının tərtibinin hüquqi aktların tələblərinə uyğun təşkil və tərtib olunması, eləcə də bu hesabatların təsisçiyə tələb edilən müddətlərdə təqdim olunması fonunda kənar auditin 2022-ci ildə avqust ayında keçirilməsi və 2023-cü ildə keçirilməməsi maliyyə hesabatlarının təsisçiyə auditor rəyi olmadan təqdim olunması ilə nəticələnmişdir.

Toplanmış audit sübutları audit predmetinin bütün əhəmiyyətli aspektlər baxımından müəyyən edilmiş münasib meyarlara uyğun olub-olmadığına dair nəticə çıxarmaq üçün yetərli və müvafiq olmaqla kafi əminlik formalaşdırmış, bu əminlik səviyyəsi əsasında dövlət satınalmalarının keçirilməsi və daxili nəzarətin təşkili ilə bağlı fəaliyyət istisna olmaqla Azərbaycan Dövlət İqtisad Universiteti tərəfindən həyata keçirilən fəaliyyətin qüvvədə olan hüquqi aktlara əsasən uyğun olmasına dair rəy verilmişdir.

Kollegiya qərarında nöqsanların aradan qaldırılması məqsədilə Azərbaycan Dövlət İqtisad Universiteti tərəfindən UNEC ərazisində fəaliyyət göstərən 3 nömrəli tələbə poliklinikasının əməkdaşlarına ödənilən maddi yardımların növbəti aydan dayandırılması ilə bağlı alınmış qərar, dövlət sifarişi ilə təhsil almış xaric olmuş və akademik məzuniyyətə çıxmış təhsilalanlara görə ümumilikdə 139,8 min manat, təqaüd xərcinə görə dövlət büdcəsindən artıq ödənilmiş 1,8 min manat, satınalma müqavilələri üzrə yerinə yetirilməmiş öhdəliklər üzrə 6,8 min manat, təmir xərclərinin icrası prosesində yol verilmiş nöqsanlar üzrə 46,0 min manat məbləğində vəsaitin bərpa edilməsi, eləcə də təmir işləri üzrə 30,5 min manat dəyərində işlərin görülməsi, həmçinin təhsil haqları üzrə 7300,3 min manat debitor borcun audit dövründə 2675,2 min manatının bağlanması nəzərə alınmışdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Xanım qeydiyyatçı klinikanın 74 minini mənimsəməkdə ittiham edilir

"Fitch Solutions” qarşıdakı 10 il üzrə Azərbaycanın iqtisadi artım proqnozunu açıqlayıb

Naxçıvanda aktiv vergi ödəyicilərinin sayı 40%-dən çox artıb

Tibbi qurum “Medsol” şirkətinə 7 milyon manatlıq sifariş verdi

Universitetlərə qəbul planı artırılacaq - Nazir müavini açıqladı

ING Azərbaycan üçün inflyasiya proqnozunu yeniləyib

ADA Universiteti lisenziyaların alınması üçün 120 manat ayırıb

“AZƏRKOSMOS” 37 minlik təmizlik məhsulu alır

Bakı-Ağstafa istiqamətində əlavə qatar reysləri təyin edildi

55 milyon manatı ölkəyə qaytarmayan 2 şirkətin işi məhkəməyə göndərildi

ÜST-dən yeni pandemiya təhlükəsi ilə bağlı açıqlama

Bölgələrdə yeni liseylər yaradılır

Bölgələrdə yeni liseylər yaradılır

Milli Məclisin yaz sessiyasının ilk iclasının tarixi açıqlanıb

Sabah Bakıya çiskin, bəzi rayonlara yağış və qar yağacaq

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində işgüzar səfərdədir

Elektron köçürmələrlə bağlı Mərkəzi Bankdan QƏRAR

Dövlət İqtisad Universitetində nöqsanlar aşkar edildi

Naxçıvan Ali Məclisində yeni təyinat

Azərbaycanda 3 universitetdə yoxlama aparılıb

Magistraturaya qəbul elan edildi

“Veysəloğlu” 30 illik fəaliyyətini əks etdirən imic videosunu təqdim etdi - VİDEO®

Dünyanın ən güclü orduları açıqlandı: Azərbaycan Ermənistanı 31 pillə qabaqlayır

“Azər-Türk Bank”ın rəhbərliyi nə qədər qazanır? - Məbləğ

“Azər-Türk Bank”ın rəhbərliyi nə qədər qazanır? - Məbləğ

İranın paytaxtının köçürülməsi 37 milyard dollara başa gələ bilər

Maliyyə Nazirliyinə hazırda o rəhbərlik edir: Üç müavin vəzifəsi boşdur

İran və Rusiya arasında hərtərəfli əməkdaşlıq sazişi 47 maddədən ibarətdir

“Azəristiliktəchizat” auditor axtarır - Bu qədər ödəniləcək

Bu halda övladlar ata-analarına aliment ödəməlidirlər

Qaydalar təsdiq olundu - Bu şəxslər ayda 400 manat alacaq

Qaydalar təsdiq olundu - Bu şəxslər ayda 400 manat alacaq

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin