Təhsil
13.01.2025 / 11:33
Azərbaycanda 3 universitetdə yoxlama aparılıb
63021
2024-cü ildə Hesabalama Palatası Azərbaycanın 3 ali təhsil müəssisəsində yoxlama aparıb.
Bu barədə Palatanın mətbuat xidmətindən məlumat verilib.
Məlumatda qeyd olunur ki, hesabat ilində Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası və Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) nəzarət tədbirləri həyata keçirilib.
Bildirilib ki, Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetində aparılan yoxlamaların nəticələri barədə məlumat Palatanın rəsmi saytında yerləşdirilib.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında aparılan yoxlamanın nəticələri isə yaxın günlərdə dərc ediləcək "Dövlət auditi" jurnalında açıqlanacaq.
©modern.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay