BAKU Azərbaycan
6.03°C
  • USD
    1.7
  • EUR
    1.7855
  • RUB
    1.6259
  • TRY
    0.0486
  • GBP
    2.1593
61736

2025-ci il yanvarın 24-də xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri və beynəlxalq yük daşımalarını həyata keçirən sürücülərin xüsusi hazırlığının nəticələrinin qiymətləndirilməsi məqsədilə imtahan təşkil olunacaq.

Bu barədə Valyuta.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, imtahanda iştirak etmək istəyən hazırlıq keçmiş şəxslər ilk növbədə DİM-in internet saytında (//ekabinet.dim.gov.az/) “Şəxsi kabinet” yaratmalı (kabineti olmayanlar) və müvafiq olaraq aşağıdakı xidmətlər vasitəsilə qeydiyyatdan keçməlidirlər:

1. Taksi minik avtomobillərinin sürücülərinin etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlığının qiymətləndirilməsi üzrə test imtahanında iştirakı üçün qeydiyyat 19 dekabr 2024-cü il - 9 yanvar 2025-ci il (saat 11:00-dək) tarixlərində aparılacaq.

//exidmet.dim.gov.az/elimt/SurucuTest

2. Beynəlxalq yük daşımalarını həyata keçirən sürücülərin hazırlığı və yenidən hazırlığının qiymətləndirməsi üzrə test imtahanında iştirakı üçün qeydiyyat 19 dekabr 2024-cü il - 9 yanvar 2025-ci il (saat 11:00-dək) tarixlərində aparılacaq.

//exidmet.dim.gov.az/elimt/BeyYukSurucuTest

“Şəxsi kabinet”in yaradılması və hesaba lazımi vəsaitin əlavə olunması qaydaları ilə bağlı təlimatlar yuxarıdakı keçidlərə yerləşdirilib.

İmtahanda iştirak ödənişlidir. Namizədlər “Şəxsi kabinet” yaratdıqdan sonra həmin kabinetin pul hesabına imtahanda iştirak etmək üçün tələb olunan vəsaiti əlavə etməlidirlər. Qeydiyyatdan keçmiş imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.

Test imtahanları Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 50. TÜRKPA-nın yanı, o cümlədən taksi sürücüləri üçün DİM-in Gəncə Regional bölməsində) kompüterlər vasitəsilə keçiriləcək. Namizədlər “İmtahana buraxılış vərəqəsi”ni qeydiyyat prosesi başa çatdıqdan sonra, imtahana 3-4 gün qalmış DİM-in saytından "Elektron imtahanlara buraxılış vərəqələri və nəticələrin çapı" xidməti vasitəsi ilə çap edə biləcəklər.

İmtahanların davametmə müddəti 1 saatdır. İmtahan zamanı taksi minik avtomobili sürücülərinə xüsusi hazırlığın proqramını əhatə edən, etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair 20 test tapşırığı, beynəlxalq yük daşımalarını həyata keçirən sürücülərə isə peşəkarlıq səriştəsinə dair 25 test tapşırığı təqdim ediləcək. Hər tapşırığın düzgün cavabı 1 balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. 10 və daha çox bal toplamış taksi minik avtomobili sürücüləri, 15 və daha çox bal toplamış beynəlxalq yük daşımalarını həyata keçirən sürücülər imtahanı müvəffəqiyyətlə vermiş sayılırlar və onlara müvafiq şəhadətnamələr təqdim ediləcəkdir.

Xatırladaq ki, “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyəti operatorunun məsul şəxsləri, habelə beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən sürücülər peşəkarlıq səriştəsinə dair təsdiq olunmuş proqram üzrə hazırlıq və yenidən hazırlıq keçirlər. Eyni zamanda ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülər peşə fəaliyyətinə və davranışına, habelə iş və istirahət rejiminin xüsusiyyətlərinə, yük və sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair, eləcə də taksi minik avtomobillərinin sürücüləri etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair təsdiq olunmuş proqramlar üzrə xüsusi hazırlıq keçirlər.

Hazırlığın təşkili və keçirilməsi Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, Peşə Təhsili üzrə Dövlət Agentliyi, habelə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq təhsil müəssisələri tərəfindən müqavilə bağlanılmaqla təmin edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Gömrük qaydalarını pozan şirkət məhkəmə qarşısında

"Eurofloor"a protokol yazılıb

"Volkswagen" böhrandan çıxmaq istəyir - Anlaşma yaxındır

Kripto oğurluğu rekord səviyyəyə yüksəlib - "Reuters"

Xıdırlı kəndi ilə bağlı 3,3 milyonluq layihə - Qeyri-yaşayış binaları tikiləcək

"All Star" şirkəti gömrük qaydalarını pozub?

"TikTok" sahibi "Apple"a "iPhone" satışlarını yaxşılaşdırmağa kömək edə bilər

"Rail Trans Service" məhkəmə qarşısında

"iPhone" sahibləri Al-a görə cihazların həddindən artıq qızması və boşalmasından şikayətlənir

Çinin "İpək Yolu"nun bərpası üçün xərclədiyi milyardlar - "Bloomberg"

Çinin "İpək Yolu"nun bərpası üçün xərclədiyi milyardlar - "Bloomberg"

Azərbaycan "D-8"ə qəbul edilib

Bu şəxslərə maaşının 6 misli məbləğində birdəfəlik müavinət veriləcək

Balıqçılıq və Akvakultura Mərkəzi yaradılıb

İlham Əliyev Fərman imzaladı

"Milla" məhkəmə qarşısında

Xarici ticarət dövriyyəsində ixrac azaldı - Səbəb nədir?

Bəhruz Niftəliyevə yeni vəzifə VERİLDİ

9 milyon manatlıq zavod qurulur - 120 daimi iş yaradılacaq

Mərkəzi Bank 6 sığorta şirkətinə məcburi göstəriş verdi

Sürücülər üçün növbəti imtahanın vaxtı açıqlanıb

Səyahət bahalaşır - 2025-ci ildə hansı məşhur ölkələr turizm vergisini qaldıracaq?

Süni intellekt həlləri hazırlayan “SandboxAQ” 300 milyon dollarlıq investisiya alıb

Süni intellekt həlləri hazırlayan “SandboxAQ” 300 milyon dollarlıq investisiya alıb

Ölkədə ən çox maaş alan şəxslərin yeni siyahısı məlum oldu

Azərbaycanda kişilərin ortalama maaşı qadınlardan yüksəkdir

Meyvə-tərəvəz ixracından gəlirlər 628 milyon dollar olub - Rəqəmlərdə azalma

Ötən ay ölkəyə 612 ədəd yük avtomobili gətirilib - Qiymətlər

Milyarder Bill Ekmanın süni zəka sahəsində favoriti: 2025-ci il üçün əsas seçim

Milyarder Bill Ekmanın süni zəka sahəsində favoriti: 2025-ci il üçün əsas seçim

Növbəti valyuta hərracı keçirilib

"Azərinşaatservis" şirkətinə qarşı ittiham

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin