Kənd yerlərində iki mindən çox müəllim vakansiyası niyə boş qalıb? - Nazir AÇIQLADI
Elm və təhsil naziri Emin Əmrullayev kənd yerlərində iki mindən artıq vakant müəllim yerinin 3 ildir heç bir namizəd tərəfindən seçilməməsi məsələsinə aydınlıq gətirib.
Bu barədə elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, kənd yerlərində ixtisasa bağlı boş yerlər var:
"Əsasən, Təsviri incəsənət və Musiqi ixtisasları ilə bağlı boş yerlər var. Məsələn, İbtidai sinif, Dil və ədəbiyyat, Riyaziyyat müəllimliyi ilə bağlı boş yer yoxdur. İbtidai məktəblərdə cəmi 2-4 sinif olur. Orada musiqi fənni cəmi 4 saat tədris olunur. Kənd yerlərinə müəllimin texniki olaraq getməsi mümkün deyil. Çünki müəllimin 4 saata əməkhaqqısı aşağı olacaq. Bunun da aradan qaldırılması üçün rasionallaşdırmanı aparırıq. Toplasaq, bir müəllimin aşağı-yuxarı 9-12 saat dərsi olur. Biz ona görə də təhsilimizin strukturuna baxmalıyıq".
"Müəllim çatışmazlığı problemimiz yoxdur. Bu il də gördük ki, 50 mindən çox insan müəllim olmaq istəyir. Kifayət qədər də bacarıqlı, peşəkar gənclər müəllimlik peşəsini seçirlər", - deyə nazir vurğulayıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay