Təhsil xərcləri orta hesabla 25 faiz artırılıb - Nazir müavini
Ötən gün Nazirlər Kabineti ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı qərara dəyişiklik edib.
Valyuta.az xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini İdris İsayev jurnalistlərə açıqlaması zamanı deyib.
O bildirib ki, bakalavr təhsil səviyyəsi üzrə hər təhsilalana düşən təhsil haqqı xərcləri 22 faiz, magistratura üzrə 26 faiz artırılıb: doktorantura səviyyəsi üzrə bu artım 60 faizdir:
"Bir bakalavr və magistra düşən təhsil haqqı xərci təxminən 3 min manatdan çoxdur, doktorantura səviyyəsi üzrə isə bu xərc 4500 manatdan çoxdur".
O əlavə edib ki, növbəti illərdə bu artım təhsil müəssisələrinə münasibətdə daha səmərəli nəticəsini verəcək. Hazırda 73 mindən çox tələbə var, onlardan yarısından çoxu dövlət hesabına təhsil alır, bu da universitetlərin maliyyələşdirilməsində artım deməkdir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay