Elmlə bağlı rəqəmlər ürəkaçan deyil - Emin Əmrullayev
Azərbaycanda elmlə bağlı ən böyük problemlərindən biri ciddi bir tranformasiyadan keçməsidir.
Valyuta.az xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev “Xaricdə yaşayan Azərbaycanlı Alimlərin forumu”nda çıxışı zamanı deyib.
Nazir qeyd edib ki, elm haqqında müzakirə aparmaq elmlə məşğul olmaqdan daha asandır.
“Müzakirələr hərəkətə keçmirsə, biz inkişaf görə bilmərik. Biz elmlə bağlı rəqəmlərə baxdıqda vəziyyətin nə yerdə olduğunu bilərik. Rəqəmlər heç də ürəkaçan deyil. Elmin inkişafı üçün onilliklər lazımdır. Azərbaycan 30 il ərzində kifayət qədər təlatümlü vəziyyətdən keçib. Vacib məqamlardan biri ölçüləbilən məqsəd müəyyən edilməsidir.
Müasir elmi tədqiqatlar çox böyük maliyyə tələb edir. Amma biz daha uyğun sahələrdə nailiyyət əldə edə bilərik. Kifayət qədər çox ictimai müzakirə var. Amma onların içərisində elm çox azdır. Bu hay-küylü fikirlərdən elmə gedən yollarda nümunələrə ehtiyac var. Elmlə məşğul olan insanları biz tanımırıq, görmürük.
Düşünürəm ki, vacib digər məqam xaricdə təhsil proqramlarıdır. Bu proqramlar Azərbaycanın gələcəyini müəyyən edə bilər. Son 3 il ərzində hər il 400-ə qədər şəxsi xaricdə təhsilə göndərdik. İnanıram ki, onların böyük qismi Azərbaycana töhfələr verəcək”,- deyə nazir əlavə edib.
Qeyd edək ki, Bakıda “Xaricdə yaşayan Azərbaycanlı Alimlərin Forumu” keçirilir.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay