BAKU Azərbaycan
8.03°C
  • USD
    1.7
  • EUR
    1.7969
  • RUB
    1.5741
  • TRY
    0.049
  • GBP
    2.1606
54802

Ali məktəbə ödənişli əsaslarla daxil olsalar belə, bəzi kateqoriyalara aid olan tələbələr təhsil haqqından azad olunurlar.

Dövlət təhsil müəssisələrinin hər birində bu qayda eyni cür nizamlansa da, özəl universitetlərə hansı tələbələrin təhsil haqqından azad olması məsələsi bir qədər fərqlənir.

Valyuta.az xəbər verir ki, AzEdu.az Təhsil Portalı hansı hallarda tələbələrin  təhsil haqqından azad olunduğu ilə bağlı özəl universitetlərə sorğu ünvanlayıb.

Azərbaycan Universitetinin (AU) mətbuat xidmətindən bildirildi ki, təhsil haqqı məsələləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli qərarı ilə tənzimlənir:

“Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş; Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş; Hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların övladlarının təhsil haqqı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş təhsil xərcləri miqdarında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslərin təhsil müddəti ərzində təhsil haqqı 2023/2024-cü tədris ilindən etibarən Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi təhsil xərcləri miqdarında dövlət büdcəsi vəsaiti hesabına ödənilir.

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununa əsasən, şəhid ailəsinin üzvlərinin təhsil haqqı tam miqdarda dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.

Hər iki valideynini itirmiş; valideyn himayəsindən məhrum olmuş yaxud bir valideyni vəfat etmiş və o biri valideyni I yaxud II qrup əlil olan 23 yaşınadək tələbələrin təhsi haqqı tam miqdarda dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.

I və II dərəcə əlilliyi olan şəxslər, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil haqqı tam miqdarda dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.

Bundan əlavə 600 və yuxarı bal toplayaraq ödənişli əsaslarla qəbul olan (hansı ki, Rusiya, Gürcüstan, İran və s. ölkə vətəndaşıdır, orta məktəbi Azərbaycanda oxuyub, DİM qəbul imtahanında iştirak edib, amma əcnəbi vətəndaş olduğu üçün  dövlət sifarişi ilə ödənişsiz oxuya bilmir) tələbələr birinci tədris ili üçün təhsil haqqı ödənişindən tam azaddırlar.

İkinci tədris ilindən etibarən cari semestr üzrə orta müvəffəqiyyət göstəricisi  95 və yuxarı, qiymətləri A/B olduqda təhsil haqqı ödənişindən tam azad olunurlar.

500-599 arası bal toplayaraq ödənişli əsaslarla qəbul olan tələbələrə xüsusi güzəşt tətbiq olunur. Güzəştin növbəti tədris illərində də tətbiqi tələbənin müvəffəqiyyət göstəricilərindən asılıdır”.

Qərbi Kaspi Universitetindən sorğumuza cavab olaraq bildirildi ki, universitet ikinci Qarabağ Müharibəsi dövründə müharibədə iştirak edən tələbələrini təhsil haqqından azad edib:

“Qərbi Kaspi Universitetinin tələbələrinin təxminən 40 faizi dövlət sifarişli yerlərdə, yəni ödənişsiz təhsil alır. Eyni zamanda yüksək bal toplayan tələbələr ödənişsiz təhsil almaq hüququna malikdirlər. Toplanılan baldan asılı olaraq təhsil haqlarında bir sıra digər güzəştlər də nəzərdə tutulur.

Həmçinin, təhsil haqqı dövlət büdcəsi hesabına ödənilən imtiyazlı statusda olan tələblər də ödənişsiz təhsil alır”.

Xəzər Universitetinin mətbuat katibi qeyd etdi ki, universitetimizə qəbul olan tələbələrin 63 faizi dövlət sifarişi ilə təhsil alırlar:

“Şəhid ailə üzvləri bütün ödənişlərdən azaddırlar. Bundan əlavə müharibə veteranları da nəzərdə tutulmuş güzəştlərə sahibdir. Köçkünlər üçün isə hər hansısa bir güzəşt nəzərdə tutulmayıb”. 

Bakı Biznes Universitetinin mətbuat xidmətinin direktoru bildirib ki, qanunvericiliklə nəzərdə tutulmuş halların hər biri universitetdə tətbiq olunur: 

“Təhsil haqqından azad olunan tələbələrə şəhid ailə üzvləri, müharibə veteranları, müharibədə əlilliyi olan, fiziki imkanları məhdud 18 yaşınadək olan, eyni zamanda 18 yaşından sonra I və II qrup əlilliyi müəyyən olunmuş, valideyn himayəsindən məhrum olunmuş şəxslər aiddir”.

Azərbaycan Kooperasiya Universitetindən sorğumuza cavab olaraq bildirildi ki, universitetdə tədris ilini əla qiymətlərlə başa vuran tələbələr təhsil haqqından azad olunur və onlara təqaüd ayırılır:

“Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş tələbələr, şəhid ailəsinin üzvləri, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə "Müharibə veteranı" adı almış şəxslər, orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə, habelə 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların övladları təhsil haqqından azaddırlar”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Sinqapur Mərkəzi Bankı "JPMorgan"ı 2,4 milyon cərimələyib

Süni intellektlə ölüm gününüzü proqnozlaşdıran yeni tətbiq

Vəzifə eyni, maaşlar fərqli - "Disney"də gender qalmaqalı

Yeni tendensiya: 2025-ci ildə 8000 mAh batareyaya malik smartfonlar bazara çıxacaq

"Sarens Azerbaijan" məhkəmə qarşısında

"Super Micro"nun daxili araşdırması şirkəti təmizə çıxardı - Səhmlər 25 faiz bahalaşdı

"Super Micro"nun daxili araşdırması şirkəti təmizə çıxardı - Səhmlər 25 faiz bahalaşdı

"Naspers"in mənfəəti ikiqat artıb

"Samsung"un 30 illik hakimiyyətinə son qoyulur? - Gecikmiş sərmayələr, azalan gəlirlər

Biləcəridə 3 Mərkəz və 1 İdman-sağlamlıq kompleksi tikiləcək

Sam Altman: "Tramp süni intellekt liderliyini qoruyacaq"

"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı"ndan maddi ziyan tələbi

Veysəloğlu Şirkətlər Qrupu Naxçıvanda silsilə market açılışlarını davam etdirir

DGK "HZR Group"u inzibati məsuliyyətə cəlb edib

Gizli iqlim təhlükələrini tapmaq üçün süni intellekt proqramı yaradıldı

Azərbaycanda aylıq müavinət alanların çoxu əlillərdir - RƏSMİ

Bu ərazidə işıq olmayacaq

Xaricdən ərzaq məhsullarının alışı, satışını 40 dəfədən çox üstələyir - Rəsmi

Xaricdən ərzaq məhsullarının alışı, satışını 40 dəfədən çox üstələyir - Rəsmi

Ananas, avokado, qreypfrut: Ölkəyə neçəyə gətirilir, marketlər neçəyə satır? - Siyahı

10 milyonluq şirkətin təsisçisi müəssisədəki payını 1 milyon manat azaldır

Qarabağda işləmək istəyənlər üçün sevindirici xəbər

Silah istehsalçıları yarım trilyondan çox gəlir əldə edib

Avropada yeni nüvə layihələri niyə bu qədər bahadır? - HESABAT

Turistlərin Azərbaycanda ən çox pul xərclədiyi sahələr - Siyahı

Turistlərin Azərbaycanda ən çox pul xərclədiyi sahələr - Siyahı

"LES-R.H" məhkəmə qarşısında

Problemli kreditlər ən çox hansı rayonlardadır?

Humanitar yardım kimi gətirilən mallar hansı hallarda vergidən azad olunur?

Mərkəzi Bankın valyuta ehtiyatları 3 %-dən çox artıb

"Volkswagen" işçilərindən etiraz tətili - Şirkətə xəbərdarlıq edildi

"Volkswagen" işçilərindən etiraz tətili - Şirkətə xəbərdarlıq edildi

Yeni bələdiyyə sədrinin seçilməsi ilə bağlı qaydalar təsdiqləndi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin