BAKU Azərbaycan
7.03°C
  • USD
    1.7
  • EUR
    1.7969
  • RUB
    1.5741
  • TRY
    0.049
  • GBP
    2.1606
54519

Son illər ölkəmizdə xaricdə təhsilə maraq günü-gündən artır. Xüsusən də xarici universitetlərə tək attestatla qəbul imkanı gəncləri özünə cəlb edir. Lakin təəssüflər olsun ki, xaricdə təhsil alan tələbələrin bir çoxunun diplomu ölkəmizdə tanınmır. 

Valyuta.az-ın məlumatına görə, ölkəmizdə bəzi xarici universitetlərə qəbul həyata keçirən qurumlar gəncləri əmin edirlər ki, təhsil ocağının diplomu beynəlxalq dərəcəlidir və həm Azərbaycanda, həm də dünyada tanınır. Üstəlik tədris də cəlbedici görünür - qəbul prosesi sadə, illik ödəniş 500-700 manat, ölkəni tərk etmədən xaricdə təhsil ala bilirsən.

Bəs görəsən, Rusiya, Türkiyə və digər ölkələrin universitetlərində qiyabi təhsil alıb diplomu ölkəmizdə tanıtmaq mümkündürmü?

Məsələ ilə bağlı BAKU.WS-in əməkdaşı Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) sorğu ünvanladı. 

Qurumun mətbuat xidmətindən bildirildi ki, xarici dövlətlərdə əldə edilmiş ali təhsilə aid kvalifikasiyaların tanınması Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları” na uyğun olaraq Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyi (bundan sonra – Agentlik) tərəfindən həyata keçirilir.

Qaydalara əsasən tanınmanın həyata keçirilməsi zamanı Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının digər qanunları, bu Qaydalar, Azərbaycan Respublikası Prezidentinin digər fərmanları, həmçinin sərəncamları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamları, habelə Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarının tələbləri nəzərə alınır:

"Müraciətinizdə qeyd etdiyiniz məsələlərlə ilə bağlı bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları” 4-cü hissəsinə əsasən sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması, sənədin autentik (həqiqi) olması; sənədin aid olduğu təhsil səviyyəsinin göstərilməsi və bu səviyyənin Milli Kvalifikasiya Çərçivəsinə uyğunluğu,nəzərdə tutulmuş təhsilin normativ müddətinin azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması tədris müddətinin azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması tanınmaya dair tələblərə aid edilmişdir.

“Təhsil haqqında” AR Qanununun 13-cü maddəsində qeyd olunur ki, Azərbaycan Respublikasında aşağıdakı təhsilalma formaları müəyyən edilir:

- əyani;

- qiyabi;

- distant (məsafədən);

- sərbəst (eksternat).

Göründüyü kimi Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanunun 13-cü maddəsində təhsilalma formaları arasında “açıköğretim” təhsilalma forması müəyyən edilməmişdir. Habelə, bu formada tədris, Qaydaların ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin təşkili üzrə tanınmaya dair tələblə uyğunsuzluq təşkil etməkdədir.

Nəticə etibarilə, Türkiyə Respublikasında “açıköğretim” formasında əldə olunan təhsil kvalifikasiyalarının tanınması zamanı bir qayda olaraq imtina qərarları verilir".

O da bildirilib ki, xarici universitetdə qiyabi təhsil alan tələbə ən azı imtahan sessiyalarında təhsil aldıqları ölkədə olmadır ki, diplomu tanına bilsin:

"Qiyabi təhsilalma forması “Təhsil haqqında” AR Qanunun 13-cü maddəsində öz əksini tapmışdır və bu təhsilalma formasının mövcud olduğu ölkələrdə əldə edilən kvalifikasiyaların tanınması zamanı ərizəçilərin Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlara əsasən sessiya və imtahanlarda iştirak üçün xarici ali təhsil aldıqları ölkədə olmaqları tanınmaya dair tələblər arasında əks olunmuşdur.

Bununla bağlı qeyd etmək zəruridir ki, Türkiyə Respublikası və Gürcüstan təhsil sistemini tənzimləyən hüquqi aktlarda ümumiyyətlə “qiyabi” təhsilalma formasında tədris nəzərə tutulmamışdır.

Yekun olaraq qeyd etmək istərdik ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu və İnzibati Prosessual Məcəlləsinin müvafiq normalarına əsasən vətəndaşlar tanınma icraatı nəticəsində verilmiş qərarlardan inzibati və məhkməmə qaydasında şikayət verilə bilər".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"ƏLİ-TEKSTİL"ə protokol tərtib olundu

Dünyada torpağın deqradasiyası hər il 1 milyon kvadrat kilometr artır

Möhtəşəm mənzərələr və orta əsr evləri - Avropada mükəmməl səyahət üçün bir ada...

Sinqapur Mərkəzi Bankı "JPMorgan"ı 2,4 milyon cərimələyib

Süni intellektlə ölüm gününüzü proqnozlaşdıran yeni tətbiq

Vəzifə eyni, maaşlar fərqli - "Disney"də gender qalmaqalı

Yeni tendensiya: 2025-ci ildə 8000 mAh batareyaya malik smartfonlar bazara çıxacaq

"Sarens Azerbaijan" məhkəmə qarşısında

"Super Micro"nun daxili araşdırması şirkəti təmizə çıxardı - Səhmlər 25 faiz bahalaşdı

"Super Micro"nun daxili araşdırması şirkəti təmizə çıxardı - Səhmlər 25 faiz bahalaşdı

"Naspers"in mənfəəti ikiqat artıb

"Samsung"un 30 illik hakimiyyətinə son qoyulur? - Gecikmiş sərmayələr, azalan gəlirlər

Biləcəridə 3 Mərkəz və 1 İdman-sağlamlıq kompleksi tikiləcək

Sam Altman: "Tramp süni intellekt liderliyini qoruyacaq"

"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı"ndan maddi ziyan tələbi

Veysəloğlu Şirkətlər Qrupu Naxçıvanda silsilə market açılışlarını davam etdirir

DGK "HZR Group"u inzibati məsuliyyətə cəlb edib

Gizli iqlim təhlükələrini tapmaq üçün süni intellekt proqramı yaradıldı

Azərbaycanda aylıq müavinət alanların çoxu əlillərdir - RƏSMİ

Bu ərazidə işıq olmayacaq

Xaricdən ərzaq məhsullarının alışı, satışını 40 dəfədən çox üstələyir - Rəsmi

Xaricdən ərzaq məhsullarının alışı, satışını 40 dəfədən çox üstələyir - Rəsmi

Ananas, avokado, qreypfrut: Ölkəyə neçəyə gətirilir, marketlər neçəyə satır? - Siyahı

10 milyonluq şirkətin təsisçisi müəssisədəki payını 1 milyon manat azaldır

Qarabağda işləmək istəyənlər üçün sevindirici xəbər

Silah istehsalçıları yarım trilyondan çox gəlir əldə edib

Avropada yeni nüvə layihələri niyə bu qədər bahadır? - HESABAT

Turistlərin Azərbaycanda ən çox pul xərclədiyi sahələr - Siyahı

Turistlərin Azərbaycanda ən çox pul xərclədiyi sahələr - Siyahı

"LES-R.H" məhkəmə qarşısında

Problemli kreditlər ən çox hansı rayonlardadır?

Humanitar yardım kimi gətirilən mallar hansı hallarda vergidən azad olunur?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin