Rəqəmsal SAT imtahanı keçiriləcək
Rəqəmsal SAT imtahanı 2024-cü il avqustun 24-də Dövlət İmtahan Mərkəzinin (DİM) Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299 ünvanında yerləşən inzibati binasında təşkil olunacaq.
Bu barədə DİM-dən məlumat verilib. Bildirilib ki, imtahan verəcək şəxslər saat 07:15-dən gec olmayaraq tələb olunan aşağıdakı sənəd və vasitələrlə birlikdə imtahan binasında olmalıdırlar:
1. Şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu;
2. Buraxılış vərəqəsi – “Admission Ticket”;
3. “College Board”un tələblərinə cavab verən notbuk və ya planşet (adapter ilə birgə).
Bu sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda iştirakçı test mərkəzinə buraxılmır.
İştirakçılar imtahana, həmçinin kalkulyator, qeydləri aparmaq üçün qələm və ya karandaş gətirə bilərlər. Qaralama üçün vərəq imtahan mərkəzində verilir.
İmtahan iştirakçısının notbuk və ya planşetini imtahana gətirmək imkanı yoxdursa və o, “College Board”dan notbuk/planşet sorğu edilməsi prosesindən keçməyibsə, həmin iştirakçı imtahan mərkəzinə buraxılmayacaq.
Qeyd edək ki, 24 avqust SAT imtahanının iştirakçıları imtahan tarixindən beş gün əvvəl “Bluebook”da yaradılmış şəxsi hesablarına daxil olmalı və imtahanın qurulmasını (test set up) başa çatdırmalıdırlar. Bu prosesin sonunda imtahan iştirakçılarına “Buraxılış vərəqəsi” onlayn qaydada təqdim ediləcək.
Daha ətraflı məlumat DİM-in saytında yerləşdirilib.
Əlavə sual yarandığı halda [email protected] ünvanına yazmaq olar.
Bu il, həmçinin oktyabrın 5-də, noyabrın 2-də, dekabrın 7-də SAT imtahanlarının keçirilməsi nəzərdə tutulur.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay