MİQ üzrə namizədlərə 10 500 vakant yer təqdim olunub
50 264 namizəd arasından 5740 nəfər test imtahanı mərhələsindən uğur qazanaraq müsahibə mərhələsinə keçib.
Valyuta.az xəbər verir ki, bunu Ümumi Təhsil üzrə Dövlət Agentliyinin mətbuat katibi Zenfira Sevdimalı jurnalistlərə açıqlamasında deyib.
Qurum rəsmisinin sözlərinə görə, avqustun 14-dən etibarən müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə başlanılır: "10 minlərlə namizəd arasından seçilmiş 5740 nəfər müsabiqənin növbəti mərhələsinə - müsahibə mərhələsinə dəvət olunub".
O bildirib ki, bu il müəllimlərin işə qəbulu üzrə müsabiqə zamanı namizədlərə 10 500 vakant yer təqdim olunub: "Əksər fənnlər üzrə bu il vakant yerlərdə artım müşahidə olunur. Xüsusilə sertifikasiya prosesindən sonra azərbaycan dili və ibtidai sinif üzrə ötən illə müqayisədə vakant yerlərin sayı 50% artıb".
Report
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay