BAKU Azərbaycan
7.03°C
  • USD
    1.7
  • EUR
    1.7969
  • RUB
    1.5741
  • TRY
    0.049
  • GBP
    2.1606
53199

Azərbaycanlı tələbə ABŞ-nin nüfuzlu universitetlərindən birinə qəbul olub.

Ölkə.Az xəbər verir ki, Toğrul Ağbabalı ABŞ-nin Nyu York Dövlət Universitetində maliyyə ixtisası üzrə $500.000 dəyərində tam təqaüd proqramını qazanıb.

Toğrul Ağbabalı 2018-ci ildə Bakı şəhəri 43 saylı liseyi fərqlənmə diplomu ilə bitirib.

O, həmin il İstanbul Texniki Universitetinin Nyu York Dövlət Universiteti ilə ortaq ikili bakalavriat programının Menecment fakültəsinə daxil olub. 
İstanbul Texniki Universitetindəki iki illik təhsil müddətini fakultə birincisi kimi adı Yüksək Şərəf Kitabına daxil edilməklə bitirib, maksimum təhsil təqaüdü əldə etməklə Nyu York Dövlət Universitetində təhsilini davam etdirib.

O, buradakı təhsil dövründə Universitetin Yatırım Fondunun (Hawk Investment Fund) böyük analitiki vəzifəsini icra edib, ətraf mühitin qorunması üzrə Strateji Planlaşdırma və Qiymətləndirmə Şurasının universitet üzrə “səfir”lərindən biri kimi fəaliyyət göstərib.

T.Ağbabalı ikili bakalavriat proqramını fakültə birincisi olaraq bitirib.

Daha sonra o, 2022-ci ildə Corc Vaşinqton Universitetinin Maliyyə üzrə magistr programına yüksək təqaüdlə daxil olub. 

Bu dövrdə Toğrul həm də maliyyə dərslərininin tədrisində professor köməkçisi kimi çalışıb, araşdırma assistenti olaraq  seçilən tələbələrdən olub. 
O, Beynəlxalq Valyuta Fondu və Dünya Bankının 2022-ci il payız və 2023-cü il yazında Vaşinqtonda keçirilən iclaslarında iştirak etmək hüququ qazanan yeganə azərbaycanlı tələbə olub.

Corc Vaşinqton Universiteti Azərbaycanlı tələblər birliyinin vitse-prezidentidir. Magistr təhsilini 2024-cü ildə 4 mümkündən 4 bal toplayaraq bitirdiyinə görə “Charles and Florence Diehl” adına təsis olunan xüsusi sertifikata və pul mükafatına həmin il universitet üzrə layiq görülən yeganə məzun olub.

Magistr təhsilini bitirdikdən sonra ABŞ-ın nüfuzlu universitetləri olan Nyu York Dövlət Universiteti, Alabama Dövlət Universiteti və Florida Beynəlxalq Universitetlərindən tam təqaüdlə doktorantura təhsil almağa dəvət alıb.

Hazırda təhsilini maliyyə üzrə doktorantura səviyyəsində Nyu York Dövlət Universitetində davam etdirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"ƏLİ-TEKSTİL"ə protokol tərtib olundu

Dünyada torpağın deqradasiyası hər il 1 milyon kvadrat kilometr artır

Möhtəşəm mənzərələr və orta əsr evləri - Avropada mükəmməl səyahət üçün bir ada...

Sinqapur Mərkəzi Bankı "JPMorgan"ı 2,4 milyon cərimələyib

Süni intellektlə ölüm gününüzü proqnozlaşdıran yeni tətbiq

Vəzifə eyni, maaşlar fərqli - "Disney"də gender qalmaqalı

Yeni tendensiya: 2025-ci ildə 8000 mAh batareyaya malik smartfonlar bazara çıxacaq

"Sarens Azerbaijan" məhkəmə qarşısında

"Super Micro"nun daxili araşdırması şirkəti təmizə çıxardı - Səhmlər 25 faiz bahalaşdı

"Super Micro"nun daxili araşdırması şirkəti təmizə çıxardı - Səhmlər 25 faiz bahalaşdı

"Naspers"in mənfəəti ikiqat artıb

"Samsung"un 30 illik hakimiyyətinə son qoyulur? - Gecikmiş sərmayələr, azalan gəlirlər

Biləcəridə 3 Mərkəz və 1 İdman-sağlamlıq kompleksi tikiləcək

Sam Altman: "Tramp süni intellekt liderliyini qoruyacaq"

"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı"ndan maddi ziyan tələbi

Veysəloğlu Şirkətlər Qrupu Naxçıvanda silsilə market açılışlarını davam etdirir

DGK "HZR Group"u inzibati məsuliyyətə cəlb edib

Gizli iqlim təhlükələrini tapmaq üçün süni intellekt proqramı yaradıldı

Azərbaycanda aylıq müavinət alanların çoxu əlillərdir - RƏSMİ

Bu ərazidə işıq olmayacaq

Xaricdən ərzaq məhsullarının alışı, satışını 40 dəfədən çox üstələyir - Rəsmi

Xaricdən ərzaq məhsullarının alışı, satışını 40 dəfədən çox üstələyir - Rəsmi

Ananas, avokado, qreypfrut: Ölkəyə neçəyə gətirilir, marketlər neçəyə satır? - Siyahı

10 milyonluq şirkətin təsisçisi müəssisədəki payını 1 milyon manat azaldır

Qarabağda işləmək istəyənlər üçün sevindirici xəbər

Silah istehsalçıları yarım trilyondan çox gəlir əldə edib

Avropada yeni nüvə layihələri niyə bu qədər bahadır? - HESABAT

Turistlərin Azərbaycanda ən çox pul xərclədiyi sahələr - Siyahı

Turistlərin Azərbaycanda ən çox pul xərclədiyi sahələr - Siyahı

"LES-R.H" məhkəmə qarşısında

Problemli kreditlər ən çox hansı rayonlardadır?

Humanitar yardım kimi gətirilən mallar hansı hallarda vergidən azad olunur?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin