BAKU Azərbaycan
7.03°C
  • USD
    1.7
  • EUR
    1.7969
  • RUB
    1.5741
  • TRY
    0.049
  • GBP
    2.1606
52962

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Ziba Mustafayevanın rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistan Respublikasında səfərdə olub. Nümayəndə heyətinin tərkibinə, həmçinin SOCAR-ın Baş ofisinin İnsan kapitalının inkişafı və funksional mükəmməllik departamentinin rəisi Elnur Hüseynov, SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov və BANM-in Davamlı təhsil fakültəsinin dekanı Rövşən Budaqov daxil idilər.

Səfər çərçivəsində nümayəndə heyətinin Özbəkistanın Daşkənd Kimya Texnologiyası İnstitutunun rektoru professor Botir Usmanov və akademik heyətlə görüşü olub.

Görüşdə BANM ilə Daşkənd Kimya Texnologiyası İnstitutu arasında magistratura səviyyəsində Kimya mühəndisliyi ixtisası üzrə ikili diplom proqramının həyata keçirilməsi ilə bağlı əməkdaşlıq haqqında müqavilə imzalanıb. Həmçinin iki ali təhsil müəssisəsi arasında birgə təlimlərin həyata keçirilməsi imkanları barəsində fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, bu əməkdaşlıq 18 iyul 2023-cü il tarixində SOCAR və Özbəkistanın “Uzbekneftegaz” Səhmdar Cəmiyyəti arasında birgə kadr hazırlığı üzrə imzalanmış Anlaşma Memorandumu çərçivəsində həyata keçiriləcək və Azərbaycanın ali təhsil sahəsində ilk belə təcrübə olacaq. İkili diplom proqramına Daşkənd Kimya Texnologiyası İnstitutunun tələbələri cəlb olunacaq və proqramın tədrisi Bakı Ali Neft Məktəbi tərəfindən akademik və texniki dəstək göstərməklə həyata keçiriləcək.

Nümayəndə heyətinin “Uzbekneftegaz” Səhmdar Cəmiyyətinin Rejim və kadr məsələləri üzrə sədr müavini Qəhrəman Hakimovla görüşündə 18 iyul 2023-cü il tarixində imzalanmış Anlaşma Memorandumunun nəticələri, o cümlədən iki qurum arasında insan kapitalının inkişafı və kadr hazırlığı istiqamətində gələcək əməkdaşlıq sahələri müzakirə olunub.

Səfər çərçivəsində SOCAR-ın nümayəndə heyəti Buxara Mühəndislik-Texnologiya İnstitutunun rektoru Sədaqət Siddikova ilə görüşüb. Söhbət zamanı gələcəkdə BANM ilə Buxara Mühəndislik-Texnologiya İnstitutu arasında Neft-qaz mühəndisliyi ixtisası üzrə ikili diplom proqramının reallaşdırılması imkanları müzakirə edilib.

Nümayəndə heyəti, həmçinin Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyini, o cümlədən Heydər Əliyev Mərkəzini ziyarət edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"ƏLİ-TEKSTİL"ə protokol tərtib olundu

Dünyada torpağın deqradasiyası hər il 1 milyon kvadrat kilometr artır

Möhtəşəm mənzərələr və orta əsr evləri - Avropada mükəmməl səyahət üçün bir ada...

Sinqapur Mərkəzi Bankı "JPMorgan"ı 2,4 milyon cərimələyib

Süni intellektlə ölüm gününüzü proqnozlaşdıran yeni tətbiq

Vəzifə eyni, maaşlar fərqli - "Disney"də gender qalmaqalı

Yeni tendensiya: 2025-ci ildə 8000 mAh batareyaya malik smartfonlar bazara çıxacaq

"Sarens Azerbaijan" məhkəmə qarşısında

"Super Micro"nun daxili araşdırması şirkəti təmizə çıxardı - Səhmlər 25 faiz bahalaşdı

"Super Micro"nun daxili araşdırması şirkəti təmizə çıxardı - Səhmlər 25 faiz bahalaşdı

"Naspers"in mənfəəti ikiqat artıb

"Samsung"un 30 illik hakimiyyətinə son qoyulur? - Gecikmiş sərmayələr, azalan gəlirlər

Biləcəridə 3 Mərkəz və 1 İdman-sağlamlıq kompleksi tikiləcək

Sam Altman: "Tramp süni intellekt liderliyini qoruyacaq"

"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı"ndan maddi ziyan tələbi

Veysəloğlu Şirkətlər Qrupu Naxçıvanda silsilə market açılışlarını davam etdirir

DGK "HZR Group"u inzibati məsuliyyətə cəlb edib

Gizli iqlim təhlükələrini tapmaq üçün süni intellekt proqramı yaradıldı

Azərbaycanda aylıq müavinət alanların çoxu əlillərdir - RƏSMİ

Bu ərazidə işıq olmayacaq

Xaricdən ərzaq məhsullarının alışı, satışını 40 dəfədən çox üstələyir - Rəsmi

Xaricdən ərzaq məhsullarının alışı, satışını 40 dəfədən çox üstələyir - Rəsmi

Ananas, avokado, qreypfrut: Ölkəyə neçəyə gətirilir, marketlər neçəyə satır? - Siyahı

10 milyonluq şirkətin təsisçisi müəssisədəki payını 1 milyon manat azaldır

Qarabağda işləmək istəyənlər üçün sevindirici xəbər

Silah istehsalçıları yarım trilyondan çox gəlir əldə edib

Avropada yeni nüvə layihələri niyə bu qədər bahadır? - HESABAT

Turistlərin Azərbaycanda ən çox pul xərclədiyi sahələr - Siyahı

Turistlərin Azərbaycanda ən çox pul xərclədiyi sahələr - Siyahı

"LES-R.H" məhkəmə qarşısında

Problemli kreditlər ən çox hansı rayonlardadır?

Humanitar yardım kimi gətirilən mallar hansı hallarda vergidən azad olunur?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin