BAKU Azərbaycan
7.03°C
  • USD
    1.7
  • EUR
    1.7969
  • RUB
    1.5741
  • TRY
    0.049
  • GBP
    2.1606
52853

Qarabağ Universitetinin rektoru Şahin Bayramovun müvafiq əmri ilə tarzən Arslan Növrəsli İncəsənət fakültəsinin İnstrumental ifaçılıq və musiqi müəllimliyi kafedrasına müdir təyin olunub.

Valyuta.az xəbər verir ki, Arslan Növrəsli tar aləti ifaçılığı tarixində ilk dəfə olaraq harmonik jazz standartları tətbiq edərək alətin ifa imkanlarını daha da genişləndirmiş tarzəndir. O, Azərbaycan Milli Konservatoriyasının Xalq çalğı alətləri kafedrasının bakalavr və magistr pillələrini tar ixtisası üzrə bitirmişdir.

Mütəmadi olaraq maraqlı layihələrlə dünyanın bir çox ölkələrində çıxışlar edir -2010, 2014-cü illərdə Londonda I və II "Buta" İncəsənət Festivalı çərçivəsində "Azərbaycan Mədəniyyətinin 100 günlüyü" ilə bağlı silsilə çıxışlar "Soçi −2014", "Bakı −2015" Olimpiadaları, "Bakı-2015 Avropa Oyunları", 2017 İslam Həmrəyliyi Oyunları, Şəki "İpək yolu" VII Beynəlxalq musiqi festivalı, 2017-ci ildə keçirilən "Astana-Arkau" Türk Ənənəvi Musiqisinin Beynəlxalq Festivalı, XII Qəbələ Musiqi Festivalı və s. çərçivəsində çıxışlar etmişdir.

Böyük solo layihələrindən 2011-ci ildə Q. Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri ilə Bakı Muğam Mərkəzində Azərbaycan -İsveçrə forumu çərçivəsində "Tar project ", 2012-ci ildə M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında - "Tar with Arslan Novrasli" , Bakı Jazz Festivalı 2014-də "The first time in jazz ", Londonun Central Hall Westminster adlı zalında solo - "Discovering the tar with Arslan Novrasli" , 2015-ci ildə IV Beynəlxalq Muğam Festivalı çərçivəsində, Bakı Jazz Mərkəzində jazz qrupu ilə birgə solo konserti, 2016-cı ildə Ukraynanın bir sıra şəhərlərində keçirilən "Solo tar -Arslan Növrəsli ilə" konsertlər silsiləsi, 2018-ci ildə İstanbulda "Azərbaycan musiqi festivalı" çərçivəsində "Sən də Azərbaycanı gör" şüarı altında keçirilən xeyriyyə məqsədli ethno -jazz repertuarlı solo konserti, 2018 və 2019-cu illərdə Cenevrədə Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) baş qərargahında Azərbaycan Xalq Cümhuriyyətinin 100 və 101 illiyi münasibətilə Ethno Jazz Band`lə solo konsertləri, XII Qəbələ musiqi Festivalındakı çıxışı, 2022-ci ildə "Expo 2022 Dubai" sərgisinin Azərbaycan pavilionunda solo konserti, Vaşinqtonda, The Kennedy Center`də "The Voice of Orchid" adlı xeyriyyə konsertini, V Xarıbülbül Festivalı çərçiəsində Cıdır düzündə keçirilən ethno jazz band`i ilə solo layihəni, 2022-ci ildə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi ilə Macarıstanda 27 xalqın 170000 nümayəndəsinin iştirakı ilə keçirilən VII Hun -Türk Festivalında çıxışı göstərmək lazımdır. Arslan Növrəsli Mədəniyyət Nazirliyinin təşkilatçılığı, "Cultural Network House" Assosiasiyasının və Türkiyə-Azərbaycan Dostluq Əməkdaşlıq və Həmrəylik Vəqfinin (TADİV) birgə əməkdaşlığı ilə sənətçi dostlarla Türkiyə universitetləri arasında mədəniyyət mübadiləsi layihəsində iştirak etmişdir.

2013-cü ildə təqdim etdiyi "Milli musiqimiz gənclərin təqdimatında" adlı layihəyə görə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondundan Grand qazanmışdır.

Azərbaycan bəstəkarlarının əsərlərinin tar aləti üçün çoxsaylı işlənmələrini etmiş tarzənin 8 əsərdən ibarət "Pyeslər məcmuəsi" 2016-cı ildə çapdan çıxmışdır.

Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə qərarı əsasında 2017-ci ildən etibarən Ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş ali, orta ixtisas, peşə təhsili müəssisələrinin tələbələri arasında bədii yaradıcılıq festivalının münsiflər heyətinin üzvüdür, eyni zamanda  Elm və Təhsil, Mədəniyyət nazirlikləri, Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən I Uşaq İncəsənət Festivalının münsiflər heyətinə daxil edilmişdir.

O, bu təyinata qədər müxtəlif illərdə Azərbaycan Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Orkestrinin solisti, Azərbaycan Milli Konservatoriyasının  baş müəllimi, Respublika Uşaq Gənclər İncəsənət Mərkəzinin baş mütəxəssisi, H.Əliyev adına Müasir Təhsil Kompleksi və AMK nəzdində İncəsənət Gimnaziyasının müəllimi olaraq fəaliyyət göstərmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"ƏLİ-TEKSTİL"ə protokol tərtib olundu

Dünyada torpağın deqradasiyası hər il 1 milyon kvadrat kilometr artır

Möhtəşəm mənzərələr və orta əsr evləri - Avropada mükəmməl səyahət üçün bir ada...

Sinqapur Mərkəzi Bankı "JPMorgan"ı 2,4 milyon cərimələyib

Süni intellektlə ölüm gününüzü proqnozlaşdıran yeni tətbiq

Vəzifə eyni, maaşlar fərqli - "Disney"də gender qalmaqalı

Yeni tendensiya: 2025-ci ildə 8000 mAh batareyaya malik smartfonlar bazara çıxacaq

"Sarens Azerbaijan" məhkəmə qarşısında

"Super Micro"nun daxili araşdırması şirkəti təmizə çıxardı - Səhmlər 25 faiz bahalaşdı

"Super Micro"nun daxili araşdırması şirkəti təmizə çıxardı - Səhmlər 25 faiz bahalaşdı

"Naspers"in mənfəəti ikiqat artıb

"Samsung"un 30 illik hakimiyyətinə son qoyulur? - Gecikmiş sərmayələr, azalan gəlirlər

Biləcəridə 3 Mərkəz və 1 İdman-sağlamlıq kompleksi tikiləcək

Sam Altman: "Tramp süni intellekt liderliyini qoruyacaq"

"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı"ndan maddi ziyan tələbi

Veysəloğlu Şirkətlər Qrupu Naxçıvanda silsilə market açılışlarını davam etdirir

DGK "HZR Group"u inzibati məsuliyyətə cəlb edib

Gizli iqlim təhlükələrini tapmaq üçün süni intellekt proqramı yaradıldı

Azərbaycanda aylıq müavinət alanların çoxu əlillərdir - RƏSMİ

Bu ərazidə işıq olmayacaq

Xaricdən ərzaq məhsullarının alışı, satışını 40 dəfədən çox üstələyir - Rəsmi

Xaricdən ərzaq məhsullarının alışı, satışını 40 dəfədən çox üstələyir - Rəsmi

Ananas, avokado, qreypfrut: Ölkəyə neçəyə gətirilir, marketlər neçəyə satır? - Siyahı

10 milyonluq şirkətin təsisçisi müəssisədəki payını 1 milyon manat azaldır

Qarabağda işləmək istəyənlər üçün sevindirici xəbər

Silah istehsalçıları yarım trilyondan çox gəlir əldə edib

Avropada yeni nüvə layihələri niyə bu qədər bahadır? - HESABAT

Turistlərin Azərbaycanda ən çox pul xərclədiyi sahələr - Siyahı

Turistlərin Azərbaycanda ən çox pul xərclədiyi sahələr - Siyahı

"LES-R.H" məhkəmə qarşısında

Problemli kreditlər ən çox hansı rayonlardadır?

Humanitar yardım kimi gətirilən mallar hansı hallarda vergidən azad olunur?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin