BAKU Azərbaycan
7.03°C
  • USD
    1.7
  • EUR
    1.7969
  • RUB
    1.5741
  • TRY
    0.049
  • GBP
    2.1606
52606

Milli Müdafiə Universiteti 2024/2025-ci tədris ili üçün ali təhsilin bakalavr pilləsi üzrə Türkiyə Respublikasının ali hərbi təhsil müəssisələrinə abituriyent qəbulu elan edir.

Valyuta.az xəbər verir ki, bu barədə MN məlumat yayıb.

Məlumata görə, tələblərə cavab verən namizədlər cari ilin 2 avqust tarixinədək xaricdə hərbi təhsil üzrə ilkin qeydiyyat forması (mmu.edu.az/qeydiyyat) üzərindən müraciət edə bilər.

Tələblər:

Dövlət İmtahan Mərkəzi tərəfindən I, II, III ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanlarında 450 bal və daha yüksək nəticə əldə etmiş, cari ildə ümumtəhsil müəssisələrində tam orta təhsil səviyyəsini bitirmiş, qəbul ilində 17 yaşı tamam olan və 20 yaşı tamam olmayan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşı olması.

Hərbi ixtisaslarla yanaşı verilən müvafiq ali peşə-ixtisasları :

- Aerokosmik mühəndislik;
- Kompüter mühəndisliyi;
- Elektrik və elektronika mühəndisliyi;
- Mexanika mühəndisliyi;
- Radiotexnika və telekommunikasiya mühəndisliyi;
- Sənaye mühəndisliyi;
- İnşaat mühəndisliyi;
- Gəmi inşaatı və gəmi mexanikası mühəndisliyi;
- Müdafiə fəaliyyətləri (menecment);
- Beynəlxalq münasibətlər;
- Tarix.

İmtiyazlar:

- 500 (beş yüz) manat məbləğində birdəfəlik ödəmə;
- 150 (yüz əlli) manat məbləğində aylıq təqaüd;
- 200 (iki yüz) manat məbləğində ailə üzvlərinə aylıq maddi yardım;
- 200 (iki yüz) manat məbləğində hesabda yığılan aylıq ödəniş;
- təhsil müddətində təhsilalanların bütün təminat növləri ilə təmin olunması (Yataqxana, qidalanma, xüsusi geyim forması və s.);
- ildə bir dəfə Azərbaycana gediş-gəliş xərclərinin təmin olunması.

Qeydiyyat üçün xaricdə hərbi təhsil üzrə ilkin qeydiyyat formasını (mmu.edu.az/qeydiyyat) dəqiq doldurmağınız xahiş olunur

Qeyd: Namizədlər müvafiq sənədlərini təqdim etməsi və ətraflı məlumat əldə etməsi üçün 03 avqust 2024-cü il tarixdə saat 15:00-da Heydər Əliyev adına Hərbi İnstitutda keçiriləcək tədbirə dəvət olunurlar. Namizədlərdən qəbul imtahanlarının 1-ci və 2-ci mərhələsinin nəticələrini təsdiq edən sənədlər, 3x4 formatında 4 ədəd fotoşəkil və şəxsiyyət vəsiqələri ilə birlikdə (arzu etdikləri təqdirdə valideynləri ilə birlikdə iştirak edə bilərlər) yaxınlaşmaları xahiş olunur. Ünvan: Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov küçəsi 9a.

Ətraflı məlumat üçün Türkiyə Respublikasının Milli Müdafiə Universitetinin (www.msu.edu.tr) və tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrinin (Kara Harp Okulu (kho.msu.edu.tr), Hava Harp Okulu (hho.msu.edu.tr) və Deniz Harp Okulu (dho.msu.edu.tr)) rəsmi saytlarına keçid edə və ya *0811 qısa nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"ƏLİ-TEKSTİL"ə protokol tərtib olundu

Dünyada torpağın deqradasiyası hər il 1 milyon kvadrat kilometr artır

Möhtəşəm mənzərələr və orta əsr evləri - Avropada mükəmməl səyahət üçün bir ada...

Sinqapur Mərkəzi Bankı "JPMorgan"ı 2,4 milyon cərimələyib

Süni intellektlə ölüm gününüzü proqnozlaşdıran yeni tətbiq

Vəzifə eyni, maaşlar fərqli - "Disney"də gender qalmaqalı

Yeni tendensiya: 2025-ci ildə 8000 mAh batareyaya malik smartfonlar bazara çıxacaq

"Sarens Azerbaijan" məhkəmə qarşısında

"Super Micro"nun daxili araşdırması şirkəti təmizə çıxardı - Səhmlər 25 faiz bahalaşdı

"Super Micro"nun daxili araşdırması şirkəti təmizə çıxardı - Səhmlər 25 faiz bahalaşdı

"Naspers"in mənfəəti ikiqat artıb

"Samsung"un 30 illik hakimiyyətinə son qoyulur? - Gecikmiş sərmayələr, azalan gəlirlər

Biləcəridə 3 Mərkəz və 1 İdman-sağlamlıq kompleksi tikiləcək

Sam Altman: "Tramp süni intellekt liderliyini qoruyacaq"

"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı"ndan maddi ziyan tələbi

Veysəloğlu Şirkətlər Qrupu Naxçıvanda silsilə market açılışlarını davam etdirir

DGK "HZR Group"u inzibati məsuliyyətə cəlb edib

Gizli iqlim təhlükələrini tapmaq üçün süni intellekt proqramı yaradıldı

Azərbaycanda aylıq müavinət alanların çoxu əlillərdir - RƏSMİ

Bu ərazidə işıq olmayacaq

Xaricdən ərzaq məhsullarının alışı, satışını 40 dəfədən çox üstələyir - Rəsmi

Xaricdən ərzaq məhsullarının alışı, satışını 40 dəfədən çox üstələyir - Rəsmi

Ananas, avokado, qreypfrut: Ölkəyə neçəyə gətirilir, marketlər neçəyə satır? - Siyahı

10 milyonluq şirkətin təsisçisi müəssisədəki payını 1 milyon manat azaldır

Qarabağda işləmək istəyənlər üçün sevindirici xəbər

Silah istehsalçıları yarım trilyondan çox gəlir əldə edib

Avropada yeni nüvə layihələri niyə bu qədər bahadır? - HESABAT

Turistlərin Azərbaycanda ən çox pul xərclədiyi sahələr - Siyahı

Turistlərin Azərbaycanda ən çox pul xərclədiyi sahələr - Siyahı

"LES-R.H" məhkəmə qarşısında

Problemli kreditlər ən çox hansı rayonlardadır?

Humanitar yardım kimi gətirilən mallar hansı hallarda vergidən azad olunur?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin