Magistraturaya qəbul olunanların qeydiyyat müddəti uzadılıb
Magistratura səviyyəsinə qəbul olunanların qeydiyyat müddəti uzadılıb.
Valyuta.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
Bildirilib ki, magistraturaya qəbul olmuş şəxslər 22 iyul saat 18:00‑dək elektron qaydada qeydiyyatdan keçməlidirlər:
"Bunun üçün bakalavrlar göstərilən vaxtadək //portal.edu.az/ platformasında qeydiyyatdan keçməli və təqdim edilən xidmətlər sırasında "Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı" xidmətini seçməlidirlər. Açılan səhifədə şəxsi və qəbul məlumatlarının təsdiq edilməsi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür. Qeydiyyatdan keçməyən bakalavrlar ali təhsil müəssisələrinə qəbul olunanların siyahısından xaric ediləcəklər".
Qeyd edilib ki, bakalavrların qeydiyyat prosesinə iyulun 9-dan etibarən başlanılıb.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay