Qəbul imtahanından kənarlaşdırılan şəxslərə güzəşt edilə bilər? - RƏSMİ AÇIQLAMA
Tez-tez imtahanlarda mobil telefonla imtahan binasına daxil olmağa cəhd halları müşahidə edilir. 14 iyul tarixində keçirilən I və IV ixtisas qrupları (o cümlədən, III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə qəbul imtahanında 3 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub.
Bəzi hallarda abituriyentlər imtahanın birinci cəhdində heç bir qanunauyğunsuzluq etməsə də, imtahanın ikinci cəhdində telefonla binaya binaya daxil olmağa çalışırlar.
Bəs imtahanın ikinci cəhdində xaric olunanlara güzəşt tətbiq edilə bilər? Onlar birinci cəhd nəticələri ilə ixtisas seçimi edə bilər?
Məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzindən Trend-in sorğusuna cavab olaraq, bildirilib ki, imtahandan xaric edilənlərə heç bir güzəşt edilməyəcək.
"Qəbul qaydalarına əsasən, həmin şəxslərin müsabiqə nəticələri ləğv olunur. Onlar ixtisas seçiminə buraxılmırlar. Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlarda diqqət yetirilən əsas məqamlardan biri də imtahan prosesinin şəffaflığının təmin edilməsidir.
Bütün imtahan iştirakçıları üçün lazımi şəraitin yaradılması, onların bərabər şərtlər altında imtahanlarda iştirakı, imtahanda davranış qaydalarına riayət edilməsinə nəzarət və həyata keçirilən digər tədbirlər imtahan verənlərin maraqlarının qorunması və ədalətli seçimin təmin edilməsinə yönəldilir.
İstər girişdə yoxlama zamanı məqsədli şəkildə mobil telefonu gizlətməyə çalışdığı üçün imtahan zalına buraxılmayan, istər imtahan zalında üzərində telefon aşkarlanan, istərsə də digər qayda pozuntularına yol verən şəxslərin nəticələri ləğv olunur və onlar müsabiqədə iştirak etmək şanslarını itirirlər", - deyə əlavə edilib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay