MİQ imtahanının VIII günündə yüksək bal toplayan namizədlər - ADLAR
Müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanı mərhələsinin VIII günündə Azərbaycan dili (rus bölməsi), Azərbaycan dili və ədəbiyyatı fənləri üzrə yüksək bal toplayan namizədlərin bir qismi təqdim edilib.
Bu barədə Valyuta.az-a Azərbaycan Respublikasının Təhsil İnstitutunun nəzdində İnsan Resursları Mərkəzindən məlumat verilib.
Mərkəzdən bildirilib ki, 6 namizəd ən yüksək nəticəni əldə edib.
Sözügedən şəxsləri təqdim edirik:
1.Nərgiz Əliyeva - Azərbaycan dili və ədəbiyyat - 92,75 bal;
2.Mərziyə Qurbanova - Azərbaycan dili və ədəbiyyat - 90 bal;
3.Fidan Vahabova - Azərbaycan dili və ədəbiyyat - 88,75 bal;
4.Fatma Abdullayeva - Azərbaycan dili - 87,25 bal;
5.Ülkər Pirəliyeva - Azərbaycan dili - 85,5 bal;
6.Gülnar Axundova - Azərbaycan dili - 84 bal.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay