Bağçalara qəbul prosesində kimlərin üstünlük hüququna malik olması açıqlanıb
Məktəbəqədər təhsil müəssisələrinə qəbul prosesində üstünlük hüququna malik şəxslər açıqlanıb.
Valyuta.az xəbər verir ki, bunu “Məktəbəqədər təhsil müəssisələrinə elektron sənəd qəbulu”, “Məktəbəhazırlıq qruplarına və I sinfə qəbul” ilə bağlı jurnalistlər üçün keçirilən brifinqdə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Orxan Abbasov deyib.
"Şəhid ailələrinin övladları; Qarabağ müharibəsi və Vətən Müharibəsi iştirakçılarının və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları; tək işləyən valideynlərin uşaqları; orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları; hərbi xidmətdə olan valideynlərin uşaqları; təhsilalan anaların uşaqları; çoxuşaqlı ailələrdən olan uşaqlar bu qəbildəndir", o bildirib.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay