Təhsil
12.02.2022 / 14:22
72 yaşlı rektor, külli miqdarda borc: ATU dövlətin vergisini niyə vermir? (FOTO/VİDEO)
19650
Rektoru Akif Süleymanovun işə çəliklə gedib-gəlməsi ilə gündəmə düşən Azərbaycan Texnologiya Universitetinin dövlətə yarım milyon manatdan çox borcu yaranıb.
Qaynarinfo xəbər verir ki, bir neçə gündür sosial şəbəkələrin gündəmindən düşməyən rektorun rəhbərlik etdiyi universitetin külli miqdarda vergi borcu var. 72 yaşlı rektorun başçılıq etdiyi təhsil ocağının dövlətə 565 min 865 manat borcunun hansı səbəbdən yarandığı məlum deyil.
Qeyd edək ki, sosial şəbəkələrdə yayılan videoda Akif Süleymanovun ağır xəstə olduğu üçün bir neçə şəxsin köməyi ilə universitetin inzibati binasının 2-ci mərtəbəsindəki iş otağına çətinliklə qaldırıldığı və 3-4 saatdan sonra həmin şəxslərin yardımı maşına otuzdurulub evinə yola salındığı görünür.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay